Məhkəmə qərarları › İş №3(009)-1809/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1809/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1809/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin sahə inspektoru X5, zərərçəkmiş şəxs X7 və onun müdafiəçisi Quliyev Elxan Ağalar oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsindən daxil olmuş materiala məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 08.08.2021-ci il tarixdə, saat 11:15 radələrində, Zərifə Əliyeva küçəsi, 31 B-də “5-A Dent stomotoloji” klinikasında mübahisə zamanı Şükürov X2 Cavid Ramiz oğlunu döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materialında olan 07.08.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər-sol bazunun yuxarı 1/3-nin və sağ bud-çanaq oynağının bayır səthlərinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 08 iyul 2021-ci il tarixdə kənar şəxs tərəfindən sol bazu nahiyəsinə əl ilə fiziki güc tətbiq etmə və sonrakı etapda itələnmə zamanı sağ bud-çanaq oynağı nahiyyəsinin bərk (sərt) maneəyə, ola bilsin qapının dəstəyinə dəyməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin sahə inspektoru X8 protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Cavid Əhmədbəyliyə onun həyat yoldaşına etdiyi hərəkətin qarşılığı olaraq xəsarət yetirmişdir. Qapını çırpmış, qapı isə Cavid bəyə dəymişdir. Cavid bəyin atası – klinikanın rəhbəri Ramiz bəy onların tərəfində olmuş, oğlunun etdiyi hərəkətə görə onlardan üzr istəmişdir. Ramiz bəyin tələbi olmadığı halda, o, vurduğu ziyanı qarşılamış, qapını təmir etdirmişdir. O döymək üçün Cavid bəyə hücum etməmişdir. Sadəcə, yoldaşından üzr istəməsini istəmişdir. Ola bilər ki, etdiyi hərəkət Cavid bəyin hərəkətinə uyğun olmamışdır, lakin o hadisənin bu həddə çatmağını istəməmişdir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, bu mübahisə artıq 2 aydır ki, davam edir. Onun Surxay bəyin yoldaşı ilə heç bir fiziki təması olmamış, yolda rastlaşdıqdan sonra razılaşmışlar. Sonra isə Surxay bəy gəlib ona qarşı zorakılıq hərəkətləri etmişdir. Onun hərəkətləri digər həkimlərin işinə maneə yaratmış, xəstələrin getməsinə səbəb olmuş, qapının isə qırılması ilə nəticələnmişdir. Onun 15 ildir işlədiyi klinikada nüfuzuna xələl yetirmiş, klinikanın rəhbəri – atası Ramiz bəyin yanında alçaltmışdır. Ramiz bəy ağsaqqallıq edərək, barışıq əldə olunmasına çalışmışdır. Surxay bəy və onun yoldaşı Ramiz bəyin yanında olan zaman atası onu da kabinetə çağırmışdır. Kabinetə girdiyi anda Surxay bəy onu itələyək, qapını üzərinə çırpmışdır. O, Surxay bəyin hərəkətlətinə qarşılıq verməyərək 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Quliyev Elxan Ağalar oğlu izahat verərək bildirmişdir ki, bu mübahisənin əsas səbəbi Cavid Əhmədbəylinin atası Ramiz Əhmədbəyliyə qarşı olan vərəsəliklə bağlı mülki işdir. Baş verən hadisə ictimai yerdə olduğu üçün, ictimai ittiham qaydasında baxılmalı idi. Çünki klinika dövlət tərəfindən qorunur. Bu səbəbdən hazırki məhkəmə iclasında prokuror da iştirak etməlidir. Videogörüntülərdən göründüyü kimi Cavid bəy təmkinli davranmışdır. Yoxsa mübahisə ölümlə nəticələnə bilərdi. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şükürov X2 Cavid Ramiz oğluna xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi var və onun 300 (üç yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar