Məhkəmə qərarları › İş №3(009)-1809/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1809/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1809/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Barəsində X3 iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, g/x baş leytenantı X1 tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli X3 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X3 Protokola əsasən, Bakı Baş Gömrük idarəsinin “Abşeron” gömrük daxil olmuş 3- 33-1100/022/010595 savlı xx.xx.2025-ci il tarixli raporta əsasən Cin Xalq Respublikasından ARMU ******* nömrəli konteynerlə, KYNİOC13012025 nömrəli xx.xx.2025 tarixli invovsla müşayiət olunan və BBGİ-də **********1776 saylı gömrük bəyannaməsi ilə bəyan olunan Şəxs QSC adına gələn yüklərə xx.xx.2025-ci il tarixində Abşeron Gömrük postunun anbarında gömrük yoxlaması həyata keçirilmişdir. Baxış zamanı gömrük bəyannaməsinin 3-cü mal mövqeyində bəyan edilən metal qoruyucu burun altlıqlı ayaqqabılar 1300 cüt bəyan edilsədə, faktiki olaraq 2080 cüt (780 cüt artıq) aşkar edilib.Əlavə olaraq 20 ver 8000 ədəd N95 qoruyucu maska bəyan olunmayıb. Şəxs QSC tərəfindən gömrük orqanına bəyan edilməyən malların dəyəri işin halları ilə uyqun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı üzərində Protek Safetv yazısı olan 780 cüt (yeddi yüz səksən) metal qoruyucu burun altlıqlı ayaqqabı və 8000 (səkkiz min) ədəd N95 qoruyucu maska yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-001897/2025 nömrəli xx.xx.2025 -cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza” Birliyinə müraciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 143 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Protek Safetv yazısı olan 780 cüt (yeddi yüz səksən) metal qoruyucu burun altlıqlı ayaqqabı və 8000 (səkkiz min) ədəd N95 qoruyucu maska yükünün xx.xx.2025-ci il tarixə orta bazar qiymətinin üzərində Protek Safetv yazısı olan 780 cüt (yeddi yüz səksən) metal qoruyucu burun altlıqlı ayaqqabı yükü üçün 19500 (on doqquz min beş yüz), 8000 (səkkiz min) ədəd N95 qoruyucu maska yükü üçün 17600 (on yeddi min altı yüz) ümumilikdə 37100 (otuz yeddi min yüz) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən gömrük orqanına bəyan edilməyən malın orta bazar qiyməti ümumilikdə 37100 (otuz yeddi min yüz) manat təşkil edir. Barəsində X3 iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli Protokolla Şəxs QSC-nin (bundan sonra Cəmiyyət) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - AR İXM) 482.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsini bildirmiş və müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, təqdim edilən materiallara və işin hallarına əsasən Cəmiyyətin əməlində qeyd olunan inzibati xəta tərkibinin mövcud olmaması səbəbilə inzibati icraata xitam verilməlidir. Belə ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU KEYANG TRADİNG FİRM” şirkəti ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında Cəmiyyət tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş mallara dair gömrük bəyannaməsi (BBGİ tərəfindən rəsmiləşdirilmiş **********1776 saylı bəyannamə) üzrə gömrük yoxlaması həyata keçirilmiş və yoxlama nəticəsində bəyannamənin 3- cü mal mövqeyində bəyan edilən 1300 cüt metal burunlu təhlükəsizlik ayaqqabısına əlavə olaraq 780 cüt artıq, eləcə də bəyan olunmayan 8000 ədəd N95 qoruyucu maska aşkar edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş, göndərən “YİWU KEYANG TRADİNG FİRM” şirkəti (bundan sonra - Göndərici şirkət) tərəfindən göndərilmiş və faktiki olaraq malların həmin konteynerə səhvən yükləndiyini təsdiq edən məktubdan da açıq şəkildə göründüyü kimi, malların artıq miqdarda yüklənməsi Cəmiyyətimizin deyil yükgöndərənin səhvi səbəbindən baş vermişdir. Göndərici şirkət bu faktı qəbul etmiş, əlavə yükləmənin şirkət tərəfindən qəsdən edilmədiyini və səhvə yol verildiyini bildirmişdir. Bundan başqa, Cəmiyyətin direktoru X2 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli izahatda da əlavə mallardan onların məlumatı olmadığı və göndəricinin xətası nəticəsində konteynerə daxil edildiyi göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim edilən məktubda bildirildiyi kimi bu faktın aşkarlandığı andan etibarən malların sənədləşdirilməsi və dövlətin xeyrinə əlavə mallardan imtina ilə bağlı razılıq açıq şəkildə qeyd olunmuşdur. Bu hərəkətlər Cavabdehin təqsirsizliyinin sübutu olmaqla yanaşı, hüquqi məsuliyyətin əsas şərtlərindən biri olan təqsirin olmamasını əyani şəkildə göstərir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini özündə daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən isə, yalnız qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş, hüquqazidd və təqsirli sayılan əməl inzibati xəta hesab olunur. Qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Məhkəmələri tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsi ilə də tam uzlaşır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4-3(001 )-83/2023 saylı qərarında qeyd olunmuşdur ki, “Göründüyü kimi, baş vermiş inzibati xəta Şəxs təqsiri üzündən baş verməmiş, baş vermiş inzibati xətanın nəticələrinin aradan qaldırılması istiqamətində Şəxs MMC tərəfindən bütün zəruri hərəkətlər yerinə yetirilmişdir əməlində inzibati xəta tərkibi yoxdur.” Bununla yanaşı olaraq, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4-3(006)- 81/2023 saylı qərarında da vurğulanmışdır ki, “Qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün... təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur... hüquqi şəxs Şəxs MMC-in... təqsirli olması müəyyən edilməmişdir.” Həmçinin, Yasamal Rayon Məhkəməsinin 15.11,2024-cü il tarixli, 4-3(004)-167/2023 saylı qərarında da müvafiq yanaşma nəzərə alınmışdır. Qərara əsasən, “Yalnız təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4-3(103)-l 14/2023 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi qüvvədə saxlanılmış və bu cür hallarda hüquqi şəxsin təqsirsizliyi prinsipial olaraq tanınmışdır. Yuxarıda sadalananlara əsasən, Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1 -ci maddəsi əsasında X3 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X3 iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə etiraza uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X3 Protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 işin materiallarını yoxlayıb, X3 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X3 icraat aparılan hüquqi şəxs Şəxs QSC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “YİWU KEYANG TRADİNG FİRM” 14 iyul 2025-ci il tarixli məktubundan görünür ki, şirkətin 780 cüt təhlükəsizlik ayaqqabısı və 8000 ədəd N98 qoruyucu maskası səhv olaraq ARMU ******* nömrəli konteynirə qoyulmuşdur. Mallar Şəxs QSC-yə məxsus deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin az miqdarda bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeydinə əsasən gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda" dedikdə əlli min manatadək olan məbləğ basa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində X3 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs QSC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X3 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X3 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda X3 başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X3 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X3 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 53, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 00100-01837/25 EP № ******* nömrəli X3 protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar