Məhkəmə qərarları › İş №3(009)-181/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-181/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-181/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Şəxs nümayəndəsi X6 və tərcüməçi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinə əsasən Şəxs MMC (VÖEN:**********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-00229/23 saylı, 24 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci ıl tarixli **********5693 sorğu nömrəli gömrük oəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru atlında yerləşdirilmiş malların bir hissəsi (13 adda mal) Azərbaycan Respublikasının Prezidentinin 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 2 nömrəli Əlavəsinə uyqun olaraq Səhiyyə Nazirliyinin idxala müsbət rəyi əsasında **********1394 sorğu nömrəli xx.xx.2022-cı il tarixli gömrük bəyannaməsi ilə, müvəqqəti saxlanc müddətinin bitməsi ilə əlaqədar yaranmış gömrük borcuna görə Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsaslanaraq dəbbə pulu hesablanaraq sərbəst dövriyyəyə buraxılmışdır. Lakin **********5693 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş və xx.xx.2022-ci il tarixli DGH**********502 saylı invoysun 10-cu mövqeyində yerləşən 48 ədəd “etilen oksid qaz kartuşu 3M” adlı sterılizatorlar üçün etilen oksid qazlı kartriclər idxalına Nazirləri Kabinetinin Sərəncamının alına bilinməməsi səbəbilə sərbəst dövriyyə üçün buraxılış üçün bəyan edilməmiş və ya idxalatçı tərəfindən mallar barəsində gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş hər hansı digər tədbir görülməmişdir. Mövcud vəziyyət ilə əlaqədar olaraq şirkətin nümayəndəsi ilə danışıqlar zamanı nümayəndə yükün anbarda olmadığını və gömrük orqanının icazəsi olmadan istifadə olunduğunu bildirmişdir. Vahid Avtomatlaşdırılmış idarəetmə sisteminə tərəfimizdən baxış keçirilən zaman 48 ədəd “etilen oksid qaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünün **********5693 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirildiyi, saxlanc müddətinin pozulmasına baxmayaraq həmin malların digər gömrük proseduru altında rəsmiləşdirilmədiyi və gömrük nəzarətində olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı şirkətin etibarnamə üzrə nümayəndəsi X1 izahatı alınmışdır. O izahatında şirkətin ünvanına Türkiyə Respublikasından 34NT0529/34JZ2835 nömrəli nəqliyyat vasitəsilə gələn yüklərin Bakı Bas Gömrük idarəsində **********5693 saylı GB ilə saxlanc gömrük proseduru altında bəyan edildiyini, həmin yüklərdən biri istisna olmaqla digərlərinin **********1394 sorğu nömrəli GB ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edildiyini, lakin 48 ədəd etilen oksid qaz kartuşu 3M adlı sterilizatorlar yükünü icazə ala bilmədikləri üçün s ax İancda saxlamağa davam etdiklərini. **********5693 saylı GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 48 ədəd etilen oksid qaz kartuşu 3M adlı sterilizatorlar yüklərinin "Dünya Göz Azərbaycan” MMC-yə məxsus binanın 4-cü mərtəbəsində anbara verləsdirilərək blomplandıqını, həmin yüklərə görə icazə sənədi ala bilmədiklərini, həmin məhsullara icazəni saxlanca qoyulduqdan sonra təxminən 2 ay gözlədiklərini, lakin xəstəxanın fəaliyyəti ilə əlaqədar olaraq həmin məhsulları tibbi alətlərin sterilizasivası üçün cihaza taxılmaq üçün istifadə etdiklərini, gömrük qaydalarının pozulduğunu qəbul etdiklərini bildirmişdir. Şirkətin nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, **********5693 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 48 ədəd “etilen oksid qaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünün rəsmiləşdirilmədən yə gömrük orqanına məlumat verilmədən istifadə edilməklə üzərində sərəncam verilmişdir. Həmin yükün gömrük dəyəri 1658.75 manat təşkil edir. Şəxs MMC tərəfindən **********5693 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 48 ədəd “etilen oksid qaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünə dair müvəqqəti saxlanc müddətinin pozulduğu və müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş dəyəri 1658.75 manat olan yüklərin üzərində sərəncam verməsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X7, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X9 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinin tələbini pozmuşdur. Belə ki, iş materiallarında olan xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli raportda qeyd edilmişdir ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixli **********5693 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru atlında yerləşdirilmiş malların bir hissəsi Azərbaycan Respublikasının Prezidentinin 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 2 nömrəli Əlavəsinə uyğun olaraq Səhiyyə Nazirliyinin idxala müsbət rəyi əsasında **********1394 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə, müvəqqəti saxlanc müddətinin c tməsi ilə əlaqədar yaranmış gömrük borcuna görə Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsaslanaraq dəbbə pulu hesablanaraq sərbəst dövriyyəyə buraxılmışdır. Lakin **********5693 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş və xx.xx.2022-ci il tarixli DGH**********502 saylı invoysun 10-cu mövqeyində yerləşən 48 ədəd “etilen oksid gaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər idxalına Nazirləri Kabinetinin Sərəncamının alına bilinməməsi səbəbilə sərbəst dövriyyə üçün buraxılış üçün bəyan edilməmiş və ya idxalatçı tərəfindən mallar barəsində gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş hər hansı digər tədbir görülməmişdir. Mövcud vəziyyət ilə əlaqədar olaraq şirkətin nümayəndəsi ilə danışıqlar zamanı nümayəndə yükün anbarda olmadığını və gömrük cqanının icazəsi olmadan istifadə olunduğunu bildirmişdir. Etilen oksid (oksiran) qazı 18 mart 2016-cı il tarixli 180-VQ saylı Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli Ə avəsinin 17-ci bəndinə əsasən zəhərli maddələrin sırasına daxildir və Azərbaycan Respublikasının Prezidentinin 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 1 nömrəli Əlavəsinin 3-cü bəndinə əsasən idxalı üçün Nazirlər Kabinetinin Sərəncamı tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs MMC tərəfindən **********5693 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 48 ədəd “etilen oksid qaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünə dair müvəqqəti saxlanc müddətinin pozulduğu və müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş dəyəri 1658.75 manat olan yüklərin üzərində sərəncam verməsi ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinin tərkibi var və ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 497,62 (dörd yüz doxsan yeddi manat altmış iki qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 497,62 (dörd yüz doxsan yeddi manat altmış iki qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar