Məhkəmə qərarları › İş №3(009)-181/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-181/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-181/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəlsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə tərtib olunmuş 16 yanvar 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus olan ünvan 1 ünvanında 22 noyabr 2023-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçıların hüquqlarlarının məhdudlaşdıran şərt müqaviləyə daxil edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 protokola etiraz edərək, çeklə bağlı məlumat daxil olduqdan sonra müştəri ilə problem həll olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan X1 istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış elektron şikayətinin məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən Şəxs adlı quru kimyəvi təmizləmə şirkətinin tərkibində fəaliyyət göstərən dərzi xidmətinə üst geyiminin təmir olunması üçün müraciət etmişdir. Adıçəkilən şirkət malın 1 ay ərzində təmir edilib təhvil veriləcəyini bildirsədə, mal bugünədək təmir edilməmişdir. Qeyd olunanları əsas gətirməklə vətəndaş özünün istehlakçı hüquqlarının pozulduğunu iddia edərək, bununla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini və cavab məktubunun “Elektron ünvan " e-mail ünvanına göndərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli P26473 nömrəli çekdən görünür ki, çekin üzərində “təlimatdan kənar hər hansı bir işləm görüldükdə mala dəymiş zərərə qarşılıq malın təmizləmə qiymətinin maksimum beş misli şirkətimiz tərəfindən ödənilir” qeydi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X2 İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzindən X6 Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinin (daxilolma qeydiyyatı: 3-21/3-5-56142/2023, xx.xx.2023-cü il) araşdırılması zamanı vətəndaş tərəfindən Dövlət Xidmətinə təqdim edilən Şəxs MMC-yə məxsus olan təmizləmə şirkətinin vətəndaşa təqdim etdiyi qaimədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtin mövcud olduğu müəyyən edilmişdir. Bildiririk ki, Şəxs MMC-yə məxsus təmizləmə şirkətinin vətəndaşa təqdim etdiyi qaimədə qeyd olunmuş “Təlimatdan kənar hər hansı bir işləm görüldükdə mala dəymiş zərərə qarşılıq malın təmizləmə qiymətinin maksimum 5 misli şirkətimiz tərəfindən ödənilir.” şərti istehlakçıların hüquqlarının məhdudlaşdırılmasıdır. Bununla əlaqədar bildir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də xidmət yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, xidməti pisləşdirmişsə, yaxud xidmətdə başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmətin haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. İcraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) maddəsi ilə Şəxs MMC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında X6 Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 3 ünvanında yerləşən inzibati binasında xx.xx.2024-cü il tarixində saat 11:00-da sözügedən protokolun tərtib olunmasında səlahiyyətli nümayəndənizin (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərlə birlikdə) iştirakını təmin etmələrini xahiş edilmiş, lakin inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Şəxs MMC-nin məhkəməyə ünvanlanmış etirazından görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Bazarına Nəzarət Dövlət xidmətinin ŞəxsMMC yə qarşı iddiaya etiraz edir. Etirazının əsaslı səbəbi ondan ibarətdir ki,qeyd olunan inzabati xətalar məcəlləsinin 447.0.9-cu maddəsinə əsasən müqaviləyə bilmədən istehlakçı hüqularının pozuntusu ilə bağlı bənd əlavə olunsa belə,heçbir halda heçbir müştərinin hüququ pozulmamışdır.Belə ki, çalışdığları bu illər ərzində heç bir halda müştərilərin onlardan narazı qalmamışdır habelə, hər hansı anlaşılmazlıq zamanı kompensasiya tam şəkildə müştəriyə ödənilmiş və ya yenisi ilə əvəz olunmuşdur.Bundan əlavə müştərilərinə təqdim etdikləri çekdə inzibati xəta kimi iddiaçının qeyd etdiyi 6-cı bənd dərhal ləğv edilmiş və iddiaçıya təqdim edilmişdir. Belə bir halın bir daha təkrar olunmayacağnı və iddiaçının onları maarifləndiryinidə nəzərə alaraq bu barədə məlumatsız olduğlarını və qəsdlə bilərəkdən o bəndi oraya yazmadığlarını nəzərə alıb, dövlətin də kiçik və orta sahibkarlara hər zaman dəstək olduğunu göz önünə gətirəsiniz. Məhkəmədən bu barədə onlarla bağlı qərarın cərimə yox xəbərdarlıq olmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.9-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 129-131-ci və 447-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar