Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1810/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin baş məsləhətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən tərtib edilmiş “01” noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin baş məsləhətçisi X2 inzibati xəta hqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1, protokola etiraz edərək bildirdi ki, həmin protokol qanunsuz yə əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC hər il olduğu kimi, 2020-ci il üçün də illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil auditor cəlb etmiş və xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixlərinə müvafiq maliyyə hesabatı hazırlanmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli Bildirişdən görünür ki, (həmin bildiriş MMC-yə xx.xx.2022-ci ildə təqdim edilmişdir) 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə xx.xx.2022-ci il tarixdə, saat 14.15-də Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacaqdır. Buna görə də, "2020-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar audit rəyinin təqdim edilməsi xahiş olunmuşdur. Həmin məktub poçt vasitəsilə MMC-yə xx.xx.2022-ci ildə, saat 15.00 radələrində daxil olmuş, (zərfin surəti əlavə edilir) və hazırlanmış audit hesabatı məktubda qeyd edilən ünvana göndərilmişdir. Başqa sözlə, Maliyyə Nazirliyi tərəfindən göndərilən bildiriş alındıqdan sonra müvafiq sənədlər Nazirliyə təqdim edilmiş və sonuncu MMC-nin iştirakını təmin etmədən, bildirişin MMC tərəfindən nə vaxt alınmasına əhəmiyyət vermədən, əsassız olaraq hazırki protokolu tərtib edərək, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qənaətə gəlmişdir. Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditi aparıldığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli MİHO/1.1-2-2022-7374 saylı bildirişindən görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 01 noyabr 2022-ci il tarixdə, saat 14-15 də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, 2020-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyi mövcud olduğu təqdirdə həmin rəyin qeyd olunan tarixədək göstərilən emailə göndərilməsi, xahiş edilmiş, lakin inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim edilmiş Sərbəst Auditor”X3 arasında bağlanmış 30 dekabr 2021-cu il tarixli Sərbəst Audit-062/2022 saylı müqaviləyə əsasən Sərbəst Auditor”X3 tərəfindən verilmiş K9GSUm80ME saylı rəyindən görünür ki, Şəxs MMC-nin 01 yanvar 2020-ci ildən 31 dekabr 2020-ci il tarixinə təsərrüfat fəaliyyətinin auditi aparılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114,115,117, 128-130 və 464-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1810/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1810/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver