Məhkəmə qərarları › İş №3(009)-1811/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1811/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1811/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* saylı, 14.06.2021-ci il tarixli qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* saylı, 14 iyun 2021-ci il tarixli qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 3(009)- 479/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Baş Polis İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı ləğv edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi 14 iyun 2021-ci il tarixdə işə yenidən baxaraq TP ******* saylı qərarını təkrarlayan yeni TP ******* saylı qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* saylı, 14.06.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-479/2021 saylı, 04.03.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 14.06.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməsi qərara alınmışdır. TP ******* saylı, 14.06.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikasının Baş X5 İdarəsinə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmuna uyğun izahat verərək, həmçinin Daxili İşlər Nazirliyinin mətbuatının xüsusi karantin rejimi dövründə vətəndaşların hərəkətinin məhdudlaşdırıldığı nəzərə alınaraq etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaşlıq pasportu, sürücülük vəsiqələri və nəqliyyat vasitələrinin idarə olunması üçün verilmiş etibarnamələr xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılması haqqında məlumatını əsas gətirərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* saylı, 14.06.2021-ci il tarixli qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi karantin rejimi dövründə vətəndaşların hərəkətinin məhdudlaşdırıldığı nəzərə alınaraq etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaşlıq pasportu, sürücülük vəsiqələri və nəqliyyat vasitələrinin idarə olunması üçün verilmiş etibarnamələr xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılması barədə məlumatı, X1 təqaüdçü olmasını nəzərə alaraq, X1 şikayəti təmin olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* saylı, 14 iyun 2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin TP ******* saylı, 14 iyun 2021-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar