Məhkəmə qərarları › İş №3(009)-1813/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1813/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1813/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 və nümayəndəsi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon X10i İdarəsinin TP ******* saylı, 29 iyul 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP ******* saylı protokol əsasında barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP ******* saylı 29 iyul 2023-cü il tarixli qərar ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 carı ilin iyul ayının 29-da saat 23:40 radələrində Bakı şəhərində “5 mərtəbə dairəsinin” keçəndən sonra Ş.Bədəlbəyli küçəsində idarə etdiyi 99SN547 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Bakı şəhəri, X10 idarəsinin əməkdaşı X4 tərəfindən saxlanmışdır. Yol Patrul Xidmətinin əməkdaşı avtomobilə yaxınlaşarkən özünü təqdim etməyərək, guya avtomobildə konstruksiya dəyişikliyi olduğunu və bu səbəbdən standartlara uyğun olmadığını qeyd edərək, avtomobilin dərhal cərimə meydançasına yerləşdirilməli olduğunu bildirmişdir. Hüquqlarını müdafiə etdiyim Turan Həsənli isə öz növbəsində avtomobilin heçbir konstruktiv dəyişiklik olmaması olduğunu sübut etmək məqsədi ilə YPX əməkdaşına ölkəmizdə “Hyunday’Tn markasının rəsmi dileri olan "xxxx" MMC tərəfindən təqdim olunmuş 31.03.23-cü il tarixli arayışı və xx.xx.2023-cü il tarixdə DYP-in texniki baxışından keçirilərək son model (elantra N) olması ilə bağlı sənədi təqdim etməsinə məhəl qoymayaraq avtomobilin cərimə meydançasına yerləşdirilməsində israr etmişdir. Bundan sonra hüquqlarını müdafiə etdiyim Turan Həsənli YPX əməkdaşının bu tələbinə tabe olmuşdur. Lakin həmin vaxt avtomobil cərtimə meydançasına yerləşdirilməsinə baxmayaraq, onun barəsində heç bir protokol tərtib olunmamış və 31.07.23-cü il tarixdə Yasamal rayon DYP-nə gəlməsi bildirilmişdir. xx.xx.2023-cü il tarixində Turan Həsənlinin iştrakı ilə DYP-in texniki baxış məntəqəsində avtomobilə baxış keçirilsə də, həmin baxışın rəsmi nəticələri ona təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixdə Turan Həsənli tərəfindən İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.3 maddəsinin tələbləri pozulduğuna görə inzibati tənbeh tətbiq olunduğu və xx.xx.2023-cü il tarixli protokol tərtib olunmasına dair onun istifadəsində olan telefonuna SMS gəlmişdir. Həmin protokol tərtib olunan zaman hüquqlarını müdafiə etdiyim Turan Həsənliyə həmin protokola dair hər hansı qeydlər etmək və öz etirazını bildirmək hüququ verilməmişdir. Bundan sonra onun xəbəri və iştirakı olmadan sözügedən protokola dair xx.xx.2023-cü il tarixli TP ******* saylı “Qərar” qəbul edilmişdir. Turan Həsənli həmin Qərarı 02.08.23-cü il tarixində X10 idarəsindən əldə etmişdir. Qərarın tarixindən də göründüyü kimi qəbul olunma tarixi xx.xx.2023-cü il olsa da, həmin qərar Turan Həsənliyə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Bu hal özü də, bir daha DYP əməkdaşının qanunsuz və əsassız qərar qəbul etdiyini sübuta yetirir. X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon X10i İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X6 şikayətin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP ******* saylı 29 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X2 şikayətin təmin olunmasını, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qeyri-qanuni qəbul edilmiş TP ******* saylı 29 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon X10i İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2023cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X6 xx.xx.2023-cü tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Hyundai Elantra N minik markalı 99SN547 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi nəticəsində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 31 mart 2023-cü il tarixli arayışın surətindən görünür ki, ban nömrəsi KMHLW4AKXNU006077 olan tranzit nömrə nişanı NS834TR23 HYUNDAİ ELANTRA markalı avtomobil 31 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin “Servis Mərkəzinə” daxil olmuş, avtomobil texniki baxış zamanı servis portalında yoxlanıldı, avtomobil zavod istehsalı Elantra N modelidir. 10 iyul 2023-cü tarixli Servis iş kartının surətindən görünür ki, axtomobilin texniki baxışı təmizdir,avtomobilin motoru açılmayıb, kompresiya 11-12 və hal hazırda başqa nasazlıq aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X6 tərəfindən xx.xx.2023-cü tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Hyundai Elantra N minik markalı 99SN547 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi faktı öz təsdiqini tapmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi və xüsusi texniki vasitəni təqdim etməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsinə görə, Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göründüyü kimi X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon X10i İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X3 nümayəndəsi X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon X10i İdarəsinin TP ******* saylı, 29 iyul 2023-cü il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 nümayəndəsi X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon X10i İdarəsinin TP ******* saylı, 29 iyul 2023-cü il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar