Məhkəmə qərarları › İş №3(009)-1814/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1814/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1814/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27339441 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27339441 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 09:13 radələrində etibarnamə əsasında idarə etdiyi Chevrolet Trax markalı ** FL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Bülbül prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi yerdə işıqforun yaşıl işığı yandığı zaman yolayrıcına girərək, hərəkətini davam etdirmiş və tərəfindən qayda pozuntusuna yol verilməmişdir. Bir müddət sonra mobil telefonuna qayda pozmağına görə cərimə olunmağı barədə SMS məlumatı gəlmişdir. SMS-ə görə onun svetoforun qadağanedici-qırmızı işığında keçdiyinə görə 3 cərimə balı hesablanmaqla 100 manat cərimə olunmağı barədə EQ27339441 nömrəli xx.xx.2025-ci il tarixli elektron qərar çıxarılmışdır. Tərəfindən qayda pozuntusuna yol verilməmiş, işıqforun hərəkətə icazə verilən yaşıl işığı yanılı olduğu zaman yolayrıcına daxil olaraq qarşıda dayanmış vəziyyətdə olan maşınların yanında dayanmışdır. Həmin vaxt arxasında maşın olmamış və digər maşınların hərəkətinə mane olmamaqla yolu bağlamamışdır. Bunu ona göndərilən fotoşəkillərdən əyani görmək mümkündür. Barəsində çıxarılan qərarla razılaşmadığından həmin gün, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yo! Polisi İdarəsinin rəsmi saytına, daha sonra “E-police" mobil tətbiqində şəxsi kabinetdən şikayət etmişdir. Lakin aradan keçən xeyli müddət ərzində şikayətinə baxılmamışdır. Şikayətlərinə baxıimaması barədə “102” və “902” qaynar xətt xidmətinə məlumat vermişdir. Bir müddət sonra Bakı şəhər Baş Polis İdarəsi X4 idarəsi tərəfindən ona xx.xx.2025-ci il tarixli M-6134 nömrəli məktub ünvanlanmış və məktubda digər maşınların hərəkətinə maneə yaratdığına istinad eməklə qayda pozuntusuna yol verdiyi bildirilmişdir. Təkrarən qeyd edir ki, işıqforun hərəkətə icazə verilən yaşıl işığında yolayrıcına daxil olmaqla digər maşınların hərəkətinə maneə yaratmamışdır. Daha sonra X2 məhkəməyə xx.xx.2025-ci il tarixli, EQ 27339441 saylı protokol əsasında inzibati tənbeh vermə haqqında qərarı üzrə cəriməni tam ödədiyini və şikayətçi olmadığını bildirmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edilir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27339441 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı üzrə cərimə və on hesablanmış dəbbə pulu tam həcmdə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27339441 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27339441 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar