Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1815/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 iyun 2025-ci il tarixində Bakı şəhəri Səbail rayonu Nigar Rəfibəyli 16a parklanma məntəqəsində özünə məxsus ** US *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əməkdaşının göstərişi əsasında parklanma məntəqəsində saxlamış, bununla əlaqədar sms bildiriş göndərmişdir. Parklanma müddəti bitdikdən sonra onun hesabından 1 manat vəsait çıxılmışdır. Lakin 1 saat sonra ona “SMS Radar “ mobil tətbiqindən 40 manat və 2 bal cərimə olunmağı ilə bağlı mesaj gəlmişdir. Şikayətçi hesab edir ki, həmin görüntünü təsdiq edən video və ya foto məhkəməyə təqdim edilərsə onun inzibati xətanın törədilməsində təqsiri olmadığı sübuta yetirilə bilər. xx.xx.2025-ci il tarixdə keçirilmiş ilk məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə və inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin ilkin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Səbail Rayon Polisi İdarəsi X7 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28784346 nömrəli qərara və inzibati xəta haqqında işin digər materiallarına əsasən həmin şəxs xx.xx.2025-ci il tarixində, saat 23:16-da Səbail Rayonu Nigar Rəfibəyli 16a ünvanında ** US *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 346.6. Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitəsində dayanaraq İXM-in 346.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli Qərarda “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 2016-cı il tarixli 466 nömrəli Qərarına uyğun olaraq qərarın nömrəsi qeyd olunmamış, həmçinin tərtib olunmuş elektron qərarın əlavəsi (foto və ya video materillar) məhkəməyə təqdim edilməmişdir. Şikayətçi tərəfindən taksi olmayan minik avtomobilinin taksi duracağında saxlanılması faktı etiraf olunsa da, bu halı özündən asılı olmayan səbəblərlə əsaslandırmış, səlahiyyyətli orqan tərəfindən göstərilən xüsusatlarla əlaqədar elektron qərarın əlavəsi olan foto və ya video materilların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, aşkar edilmiş inzibati xəta hadisəsi elektron qərarı ilə rəsmiləşdirilmişdir. Lakin əlavə olaraq şəxs barədə inzibati tənbeh vermə haqqında nömrəsiz Qərar qəbul edilmiş, bundan əlavə xx.xx.2025-ci il tarixli nömrəsiz Qərarda qərarı qəbul etmiş orqanın DİN BDYPİ X1 qeyd olunsa da, məhkəmə araşdırması zamanı həmin qərarın Səbail Rayon Polisi İdarəsi X7 Şöbəsi tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar İXM-ini 135.1.6-cı maddəsinin tələbinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədən hal kimi qiymətləndirilməlidir (inzibati tənbeh vermə haqqında elektron qərardan əlavə inzibati tənbeh tətbiq etnə haqqında nömrəsiz Qərarın olması, həmçinin qərarı qəbul etmiş səlahiyyətli orqanın adının natamam göstərilməsi) Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Səbail Rayon Polisi İdarəsi X7 Şöbəsinə göndərilsin. Bu qərar Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X7 İdarəsinin X5ndə X2 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli EQ 28784346 nömrəli qərar üzrə inzibati cərimənin silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1815/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1815/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver