Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1816/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, xx.xx.2023-cü il tarixdə gecə saat 00:00-01:00 arasında İçərişəhər metrostansiyası yaxınlığında, yolun solunda, poliklinikanın yanında dostu Hüsaməddin qardaşı Əziz ilə şəxsi ailə münasibətləri barədə söhbət edir, o da yanlarında dayanmışdı. Onlar söhbət etdiyi vaxtda post-patrul xidmətinin əməkdaşı onlara yaxınlaşıb problem olub-olmadığını soruşdu. Onlar da heç bir problemin olmadığını, hər şeyin qaydasında olduğunu, sadəcə söhbət etdiyimizi bildirmişlər. Bundan sonra polis əməkdaşı uzaqlaşdı. O, söhbət etdiyi zaman Hüsaməddinin ayağının ağrısı tutmuş və yıxılmışdır. Ümumiyyətlə, Hüsaməddinin ayağında qırıq var və çəlikdən istifadə edir, sadəcə həmin gün çəlik yanında deyildi. Sonra yenidən post-patrul xidmətinin əməkdaşı yaxınlaşıb bildirdi ki, “siz burda asayişi pozursunuz və hökmən bölməyə yaxınlaşmalısınız” Onlar da öz növbəsində bildirmişlər ki, “sadəcə söhbət edirik, burda heç kim dava etmir, bir-birini təhqir etmir, yəni bir sözlə əsayişi pozmuruq və bizdən heç bir qonşu şikayət etmir, biz nə üçün bölməyə getməliyik?” Daha sonra digər post-patrul əməkdaşlarını çağırdı və bölməyə getməli olduğuqlarını bildirdilər. Bölməyə nə üçün getdiyimizi soruşduqda isə sadəcə asayişi pozduqlarını bildirdilər. Daha sonra onlar bölməyə getmiş və telefonlarını orada aldılar və ailələrinə məlumat verilməsinə icazə vermədilər. Saat 6-ya qədər onları bölmədə saxlayıb şantaj etdilər ki, onlara 3 ay həbs düşür və s. kimi ifadələr işlədirdilər. Lakin polis əməkdaşı 50 manatla bu işin olmayacağını açıq şəkildə rüşvət istəyərək bildirmişdir. Eyni zamanda orada bir əməkdaş da var idi ki, hansı ki, onların alkotesterə getməyini bildirirdi. Halbuki, onlar maşınla deyildi və onları X6 saxlamamışdır. Onlara içkinin müayinəsi olduğunu, onların içkili olaraq asayişi pozduğunu və buna görə səhərə qədər bölmədə saxlayacağını bildirirdilər. Saat 6-ya qədər onları gözlətdilər. Daha sonra işi başqa əməkdaşa verdilər. O gəlib məsələni biləndə onların çoxdan buraxılmalı olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən hərəsinə 100 manat cərimə yazılmışdır. Cərimənin nəyə əsasən yazıldığını soruşanda da heç bir şey demədilər. Hətta belə bir ifadə işlətdilər ki, “siz adama 50 manat yerində ödəyə bilərsiniz?” O da xeyr dedikdən sonra 04:31 radələrində MN ******* nömrəli protokol tərtib etdilər. Protokol ilə razılaşmadığını bildirmişdir. Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək bildirmişdir ki, Saməddin onun uşaqlıq dostudur, sinif yoldaşı olmuşdur, Əziz isə onun balaca qardaşıdır. Saməddinin ayaq bağları qırıq olduğundan müvazinətini itirərək yerə yıxılmışdır. 17 aprel 2023-cü il tarixdə “İçərişəhər” metrosunun yaxınlığında onlar birlikdə yemək yemiş, onlar taksi sifarış verərkən orada traktor işlədiyindən yüksək səslə söhbət edirdilər. Onlar yüksək səslə danışırdılar, lakin nalayiq ifadə işlətməmişdilər. Sonra post patrul xidmətinin əməkdaşları onlara yaxınlaşmışdır. Onları bölməyə aparmışlar. Onlar traktor işlədiyinə görə səslərinin tonlarını qaldırmışdılar ki, birbirlərini yaxşı eşitsinlər. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru şahid X2 bildirmişdir ki, onlara post patrul əməkdaşlarınn raportu daxil olmuşdur. Raportda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə mübahisə edərək ictimai qaydanı pozmuşlar. Aidiyyatı üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, sərxoş vəziyyətinin yoxlanılması ilə bağlı üç nəfər şəxsdən ikisi yüngül dərəcəli, Fərid Cəlilov isə orta dərəcəli sərxoşdur. Bununla bağlı izahatları alınmışdır. İzahatlarında da qeyd etmişlər ki, mübahisə etmişlər, lakin nalayiq ifadələr işlətməmişlər. Lakin sərxoş olduqlarına görə tərəflərindən protokol tərtib edilmişdir. Hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, 17 aprel 2023-cü il tarixdə o, yüksək səslə mübahisə etmiş, lakin nalayiq ifadələr işlətməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X1 verdiyi şikayət təmin edilməli və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1816/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1816/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver