Məhkəmə qərarları › İş №3(009)-1816/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1816/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1816/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, Yeni ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 07 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2024-014 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınır. 07 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-213/2024-014 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Şəxs, 28 noyabr 2023-cü il tarixdən başlayaraq 05 aprel 2017-ci il təvəllüdlü X6, 05 sentyabr 2019-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235(iki yüz otuz beş) manat olmaqla, cəmi 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış,tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu şəxs xx.xx.2025-ci il tarixdə Səbail rayon İcra şöbəsinə çağrılmış və ondan alimentin ödənilməsi ilə bağlı iltizam alınmışdır, lakin borclu şəxs yazılı iltizama riayət etməmişdir. Borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi ilə “Elektron İcra Sistemindən” sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu icra sənədi üzrə yığılmış 6430(altı min dörd yüz otuz) manat aliment borcunu ödəməkdən yayındığından borclu barəsində axtarış qərarı tərtib olunaraq Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu şəxs xx.xx.2025-ci il tarixdə Polis əməkdaşları tərəfindən şöbəyə təqdim edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alnmışdır. O verdiyi izahatında imkanının olmadığını, məhkəmə qərarı üzrə tam ödəniş edə bilməsə də, qismən aylıq ödəniş etdiyini və yaranmış 6430 manat aliment borcunun maddi imkansızlıqdan ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X7 izahatında bildirmişdir ki, Şəxs aliment borcunu ödəmir. Uşaqları xaricə aparmaq üçün etibarnamə istəyir, əks təqdirdə borcun hamısının ödəməsini istəyir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, hazırda işləmir, lakin işləsə, aliment borcunu ödəməyə hazırdır. Hissə alimenti ödəyir. xx.xx.2025-ci il tarixdə 300 manat məbləği Səbail Rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 213/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2023 cü il tarixindən hesablanaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq İddiaçı X4 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası ərzisindən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X4 3(009)-1816/2025 saylı inzibati iş üzrə məhkəmə iclasında 300 manat pul ödəməyi təklif etsə də, qəbul etməmişdir. Bu səbəbdən həmin pul məbləğini Səbail rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Şəxs, 28 noyabr 2023-cü il tarixdən başlayaraq 05 aprel 2017-ci il təvəllüdlü X6, 05 sentyabr 2019-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235(iki yüz otuz beş) manat olmaqla, cəmi 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış,tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu şəxs xx.xx.2025-ci il tarixdə Səbail rayon İcra şöbəsinə çağrılmış və ondan alimentin ödənilməsi ilə bağlı iltizam alınmışdır, lakin borclu şəxs yazılı iltizama riayət etməmişdir. Borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi ilə “Elektron İcra Sistemindən” sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu icra sənədi üzrə yığılmış 6430(altı min dörd yüz otuz) manat aliment borcunu ödəməkdən yayındığından borclu barəsində axtarış qərarı tərtib olunaraq Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu şəxs xx.xx.2025-ci il tarixdə Polis əməkdaşları tərəfindən şöbəyə təqdim edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alnmışdır. O verdiyi izahatında imkanının olmadığını, məhkəmə qərarı üzrə tam ödəniş edə bilməsə də, qismən aylıq ödəniş etdiyini və yaranmış 6430 manat aliment borcunun maddi imkansızlıqdan ödəyə bilmir. xx.xx.2025-ci il tarixdə yaranmış borc məbləğindən 300 manatı Səbail Rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və hissə-hissə aliment borcunu ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar