Məhkəmə qərarları › İş №3(009)-182/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-182/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-182/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, “X5 Kompleksi” MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, “X5 Kompleksi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən “X5 Kompleksi” barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2302/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 məhəllə 1033 ünvanında qeydiyyatda olan “X5 Kompleksi” MMC-nin ünvanına Türkiyə Respublikasından 34HE5516/34BVV034 nömrə nişanlı yük maşınında MY J20200817 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********4701 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X5 Kompleksi” MMC **********4701 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 2827,14 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, “X5 Kompleksi” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən “X5 Kompleksi” MMC-nin səlahiyyətli nümayəndəsi X3 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, № 00100-2302/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən ünvan 2 məhəllə 1033 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına Türkiyyə Respublikasından 34HE5516/34BVV034 nömrə nişanlı yük avtomaşınında MYJ20200817 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********4701 sorğu nömrəli xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında “0” gömrük rüsumu dərəcəsi ilə “kənd təsərrüfatı təyinatı adı altında” bəyan edilmiş mallların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə 1400-012/0xx-xx/008158 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olmuş, həmin İdarədən Baki Baş Gömrük İdarəsinə göndərilmiş 2200-013/0xx-xx/005613 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin ünvanına 34HE5516/34BVV034 nömrə nişanlı yük avtomaşınında MYJ20200817 nömrəli xx.xx.2020-ci il tarixli invoysun 1,3, 4-cü mövqeləri üzrə idxal olunan yük XİFMN üzrə 1, 3cü mövqeləri pambıq yığan kombayn hissələri ********** XİFMN kodu üzrə, 4-cü mövqeyi üzrə isə sinklə örtülmüş qara metaldan şayba ********** XİFMN kodu üzrə sinifləşdirilərək, beləliklə Mərkəzi Gömrük Ekspertiza İdarəsindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-013/0xx-xx/005613 nömrəli xx.xx.2020-ci il tarixli rəyə əsasən MYJ20200817 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin 4-cü mövqeyi üzrə idxal olunan “sinklə örtülmüş qara metaldan şayba” yükünün XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi, kənd təsərrüfatı malların siyahısına aid olmadığı, yəni “15” % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu qeyd olunmuşdur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin pozulduğu göstərilmişdir. Hesab edir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli, 00100-2302/20 saylı inzibati xəta haqqında protokol tamamilə qanunsuz və əsassızdır və həmin protokol ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. “xxxx” MMC fəaliyyəti pambığın ilkin emalından ibarətdir və bu fəaliyyət istiqamətində də pambığın biçilməsi üçün xx.xx.2020-ci il tarixli, 27-1/2020 saylı alqı-satqı müqaviləsi əsasında tərəf olan MOZ Ticaret şirkətindən Jonh Deere pambıq biçmə dövrələrinin qabaq işləmə gövdələrinin ehtiyyat hissəsi olan malların, yəni pambıq yığan kombayn ehtiyyat hissələrinin satın alınması nəzərdə tutulmuşdur. Bu sözügedən müqavilədə də öz əksini tapmışdır (Müqavilə əlavə olunur). Həmin pambıq yığan kombayn ehtiyyat hissələri MYJ20200817 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin 1, 3-cü mövqeləri pambıq yığan kombayn hissələri ********** XİFMN kodu üzrə qeyd edilsə də, 4-cü mövqeyi üzrə sinklə örtülmüş qara metaldan şayba pambıq yığan kombayn hissələri ********** XİFMN kodu üzrə deyil, ********** XİFMN kodu üzrə sinifləşdirilmişdir. Halbuki 4-cü mövqeyi üzrə sinklə örtülmüş qara metaldan şayba 1, 3-cü mövqeləri pambıq yığan kombayn hissələrinin ayrılmaz hissəsidir, yəniki 4-cü mövqeyi üzrə sinklə örtülmüş qara metaldan şaybasız 1, 3-cü mövqeləri pambıq yığan kombayn hissələri ayrıca işləyə bilməz, biri digərini tamamlayır. Ayrılıqda isə 4-cü mövqeyi üzrə sinklə örtülmüş qara metaldan şayba heç bir funksiyası yoxdur. Bu səbəbdən 4-cü mövqeyi üzrə sinklə örtülmüş qara metaldan şayba da 1, 3-cü mövqeləri pambıq yığan kombayn hissələri kimi ********** XİFMN kodu adı altında qeyd edilməlidir. CMR (X1) Beynəlxalq daşıma sənədinə baxış keçirərsək sözügedən 4-cü mövqeyi üzrə sinklə örtülmüş qara metaldan şayba pambıq yığan kombayn hissələri ********** XİFMN kodu adı altında olmasını açıq-aydın görmək mümkündür (CMR - Beynəlxalq daşıma sənədi əlavə olunur). Çünki Beynəlxalq daşınmada 4-cü mövqeyi üzrə sinklə örtülmüş qara metaldan şayba da 1, 3-cü mövqeləri pambıq yığan kombayn hissələri hesab olunur və ********** XİFMN kodu adı altında qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 12 nömrəli qərarı ilə kənd təsərrüfatı malları gömrük rüsumundan azad edilmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə xx xxxxxxx 2020-ci il tarixli, 00100-2302/20 saylı inzibati xəta haqqında protokolun heç bir hüquqi qüvvəsi yoxdur. “xxxx” MMC barəsində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, 00100-2302/20 saylı inzibati xəta haqqında protokolu üzrə İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunması xahiş edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata “X5 Kompleksi” MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, “X5 Kompleksi” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X5 Kompleksi” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar