Məhkəmə qərarları › İş №3(009)-182/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-182/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-182/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Şəxs ASC-nin nümayəndəsi X4 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Şəxs ASC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Şəxs ASC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixdə tərtib olunmuş 00100- 00220/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (əvvəlki “X2 və Təchizatı” ASC) tərəfindən xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilən **********2934 sorğu nömrəli 27,12.2017-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 9092,91 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Qətərdə fəaliyyət göstərən “Alkhazan Trading and X7" şirkəti ilə bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 9092,91 ABS dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. İs materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs ASC Qətərdə fəaliyyət göstərən “Alkhazan Trading and X7” şirkəti ilə arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük İdarəsində 27 dekabr 2017-ci il tarixdə **********2934 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 15611,42 ABS dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 15611,42 ABŞ dolları məbləğində pul vəsaitindən 9092,91 ABS dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı hüquqi şəxs Şəxs ASC tərəfindən Qətərdə fəaliyyət göstərən “Alkhazan Trading and X7” şirkəti ilə arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə 1 (bir) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 9092,91 ABS dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Şəxs ASC tərəfindən bağlanan xx.xx.2017-ci il tarixli müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 15458,86 (on beş min dörd yüz əlli səkkiz manat səksən altı qəpik) manat təşkil edən 9092,91 ABŞ dolfarı xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri öz təsdiqini tapmışdır. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X5, Şəxs ASC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X4 Şəxs ASC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti (’’Satıcı”) və "xxxx" Şirkəti (“Alıcı”) arasında mal alınıb satılması məqsədilə 21 avqust 2017-ci il tarixli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı malı satmağı, Alıcı isə malı qəbul edib, əvəzində malın qiymətini Satıcıya ödəməyi öhdəsinə götürüb. Müqaviləyə əsasən, Satıcı tərəfindən müxtəlif gömrük bəyannamələri üzrə Alıcıya 69 940,92 (altmış doqquz min doqquz yüz qırx dollar doxsan iki sent) ABŞ dolları dəyərində mal satılmışdır. Müqavilə bağlanılan vaxtdan sonra 25 avqust 2017-ci il tarixdə 13 228,92 (on üç min iki yüz iyirmi səkkiz dollar doxsan iki sent) ABŞ dolları, 25 dekabr 2017-ci il tarixdə 33 000 (otuz üç min) ABŞ dolları, 27 dekabr 2017-ci il tarixdə 11 556 (on bir min beş yüz əlli altı) ABŞ dolları, 02 mart 2018-ci il tarixdə 3 439,51 (üç min dörd yüz otuz doqquz dollar əlli bir sent) ABŞ dolları ümumilikdə 61 224,43 (altmış bir min iki yüz iyirmi dörd dollar qırx üç sent) ABŞ dolları məbləğində pul Alıcı tərəfindən Satıcıya ödəniş edilmişdir. Lakin hazırki günə qədər Alıcı tərəfindən Satıcıya 8 716,49 (səkkiz min yeddi yüz on altı dollar qırx doqquz sent) ABŞ dolları ödənilməmişdir. 27 dekabr 2017-ci il tarixdə ixrac edilən mallara görə ödəniş 2018-ci il 27 iyun tarixinədək (180 gün) müvəkkil banka ödənilməli idi. Qeyd olunan vəsait həmin tarixədək geri qayıtmadığından 2018-ci il 28 iyun inzibati xətanın törədildiyi gün hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Əgər Tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi iddia etdiyi kimi inzibati xəta törədilmiş olsa idi belə, (hansı ki Tərəfimizdən heç bir inzibati xəta törədilməmişdir) bununla bağlı inzibati tənbeh 1 il müddətində, yəni 2019-cu il 28 iyun tarixinədək verilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belələliklə, məhkəmə hesab edir ki, 27 dekabr 2017-ci il tarixdə ixrac edilən mallara görə ödəniş 2018-ci il 27 iyun tarixinədək (180 gün) müvəkkil banka ödənilməli olduğundan Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs ASC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar