Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1822/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakı ilə, “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-02072/23 saylı 15 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən “BÖYÜK BRİTANİYANİN FİRE & SAFETY SERVİCES LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKSİNDAKİ FİLİALİ (VÖEN **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 1985.54 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 1985.54 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Qeyd olunan faktla bağlı izahat verməsi üçün “BÖYÜK BRİTANİYANİN FİRE & SAFETY SERVİCES LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKSİNDAKİ FİLİALİ (VÖEN **********) qeydiyyat ünvanına fərqli tarixlərdə xəbərdarlıq, bildiriş və dəvət barədə məktublar yazılmış, lakin çağırışlar üzrə kimsə gəlməmiş, şirkət barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs, hüquqi şəxs “BÖYÜK BRİTANİYANİN FİRE & SAFETY SERVİCES LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKSİNDAKİ FİLİALİ (VÖEN**********) ilə Gürcüstanda fəaliyyət göstərən Dorce/Branch of X7 ve İnshaat Senai Ticaret JSC ilə arasında bağlanılmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 1985.54 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə «X6 & Safety Services Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialınin barəsində olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının 26 sentyabr 2023cü il tarixli məktubuna əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖÜN**********) AZ16İBAZ******************** saylı AZN hesabına xx.xx.2021-ci il tarixində DORCE Prefabrik Yapı ve 2/ins sanayı ticaret şirkəti tərəfindən 113İCT**********, 1903.54 Usd məbləğində vəsait köçürülmüşdür və AZN hesabı göstərildiyi üçün ABB-nin daxili məzənnəsinə uyğun mübadilə edilərək 3,194.14 məbləğində vəsait 16 mart 2021-ci il tarixində hesaba mədaxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, “BÖYÜK BRİTANİYANİN FİRE & SAFETY SERVİCES LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKSİNDAKİ FİLİALİ (VÖEN **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 82 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 1985.54 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmadığından, “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi var və ona inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin, yəni 82 ABŞ dolları məbləğində pul vəsaitinin otuz faizi məbləğində, yəni 24,6 ABŞ dolları - yəni 41,82 (qırx bir manat səksən iki qəpik) manat (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X6 & Safety Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində - 41,82 (qırx bir manat səksən iki qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1822/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1822/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver