Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1824/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsi tərəfindən qəbul edilmiş 20 aprel 2023- cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar barəsində məlumatı olmamış, həmin qərar ona rəsmi qaydada təqdim edilməmişdir. Yalnız Nizami rayon icra şöbəsində xx.xx.2023 tarixdə o, bu qərar barəsində məlumat əldə etmişdir. Bu qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, o, X1 xəsarət yetirməmiş, ona qarşı hər hansı zədələyici hərəkəti olmamışdır. Əksinə, X3 tərəfindən ona xx.xx.2023-cü il tarixdə xəsarət yetirilmiş, buna görə də o, həmin tarixdə tibbi komissiyadan keçərək ekspert rəyi almışdır. İş materiallarında olan həmin rəydən də göründüyü kimi ona qarşı İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan pozuntu törədilmişdir. Lakin X3 baş verən hadisədən iki həftə sonra tibbi komissiyaya müraciət etmiş, əsassız rəy almışdır. Halbuki həmin vaxt (xx.xx.2023) xəsarət olsaydı belə, onun əlamətləri qala bilməz, hər hansı zədələnmədən söhbət gedə bilməzdi. Buna görə də həmin rəylə hər hansı faktın təsdiqi mümkün ola bilməz. Qeyd edilənlərə əsasən Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 şikayətini müdafiə edərək bildirmişdir ki, o, Rəşid Behbudov küçəsindəki ev onun ata evidi, ora onun yaşadığı həyət olmuşdur, ora həmişə gedirdi, çünki orada tikinti aparılırdı. Hal-hazırda orada heç kəs qalmır. 14 fevral 2023-cü il tarixdə işlədiyi məktəb həmin evə yaxın olduğu üçün oraya getmiş, bu zaman həyətdə iki ədəd gül dibçəyi görmüşdür. Anası ona həmişə dediyindən həyətindən çıxanda oranın şəklini çəkərək anasına göndərmişdir. Bir qadın həmin vaxtı onu orada görmüş və ondan “sən Afinasan?” deyə soruşmuşdur. O isə cavab olaraq adının Afina olmadığını, anasının adının Afina olduğunu, özünün onun qızı olduğunu bildirmişdir. Bundan sonra o, həmin qadından anasını tanıyıbtanımadığını soruşduqda həmin qadın anası barəsində kobud ifadələr işlətmiş, əli ilə qeyrietik işarələr göstərmişdir. O, oradan artıq getmək istəyəndə həmin qadın ona hədə-qorxu gəlmiş, dırnaqları ilə üzünü cırmaqlayaraq qışqırmağa başlamışdır. Daha sonra səs-küyə ərazidə olan polis serjantı onlara yaxınlaşmışdır. O, polisə həqiqəti danışmışdır, qonşu bunlara baxmayaraq onun üzünə əl ataraq onu vurmuşdur. O isə həmin qadına barmağını belə vurmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis serjantı şahid X5 bildirmişdir ki, o, həmin ərazisinin sahə inspektorudur. X6 həyacanlı olduğundan fikirlərini düzgün ifadə edə bilmir, X6 ilə qonşu qadın arasında olan mübahisə gül dibçəklərinin həyətdən 5 metr irəlidə qoyulması üstündə baş vermişdir. Aralarında anlaşılmazlıqdan mübahisə yaranmışdır. X4 bölməyə gətiriləndə üzündə cırmaq izləri var idi. Bölmədə araşdırma aparılmış, hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq hər ikisi 300 manat cərimə olunmuşdur. Hadisənin baş vermə anında orada olmasa da, Natalya Borisovnanın üzündə cırmaq izəri olduğunu bölmədə görmüşdür. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1824/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1824/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver