Məhkəmə qərarları › İş №3(009)-1828/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1828/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1828/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli 00100-1712/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin(VÖEN:**********) ünvanına H062KY32/AO119832 nömrəli avtomaşınla, 1061B saylı 27.07.2021-ci il tarixli, nvoys sənədi ilə daxil olmuş yük **********7673 sorğu nömrəli 26.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük cəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” kodu altında yəni 0 % gömrük rüsumu oərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin çarədən BBGİ-nə göndərilmiş 2200-015/003-25/004336 saylı 01.09.2021 -ci il tarixli cavab ~əktubuna əsasən 1061B saylı 27.07.2021-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük '304399200” 5%,“**********” 15%, “**********” 15% kimi sinifləşdirilmiş.yəni mallar YGEİ-nin rəyinə uyğun olaraq XİF MN-nın göstərilən alt yarımmövqeylərində sinifləşdirildiyi ‘əqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ıdənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 11173.89 azn, ƏDV üzrə 2009.48 azn, e elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn, cəmi 13218,77 azn təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Böyük Britaniyanın “CNİM ECS" şirkətindən H062KY32/AQ119832 nömrə nişanlı yük avtomaşınında 10261B nömrəli 27,07,2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Bas Gömrük İdarəsində **********7673 sorğu nömrəli 26.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim ediimis mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildivinin müəyyən edilməsi məqsədi ilə X1 İdarəsinə 1400-012/004-25/005644 nömrəli 26.08.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş 2200- 015/003-25/004336 nömrəli 01,09.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 10261B nömrəli 27.07.2021-ci il tarixli invoys sənədi üzrə idxal olunan yüklər XİFMN görə aşağıdakı qaydada sinifləsdirilir: İnvoys Malın adı XİF MN kodu nömrəsi 10261B nömrəli invoysun 1, 4-9-cu En kəsiyi 38 mm, divarının qalınlığı 4mm 7304 39 920 0 mövqeləri üzrə olan qara metaldan borular 2-ci mövqeyi Qovuşuq yerlərinin qaynaq edilməsi üçün 7307 93 190 0 üzrə fitinqlər 3-cü mövqeyi Qara metaldan borular üçün tutqaclar 7326 90 980 0 üzrə Bununla da, X1 İdarəsinin rəyinə əsasən malların Şəxs MMC tərəfindən **********7673 sorğu nömrəli 26.08.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən XİFMN üzrə ********** kod altında deyil, yuxarıda qeyd edilən cədvəldə göstərilən XİFMN üzrə kodlar altında sinifləsdirildivi təqdirdə Şəxs MMC-nin idxal gömrük rüsumu üzrə 11173,89 manat, ƏDV üzrə 2009,48 manat, elektron gömrük xidməti haqqı üzrə 30.00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 13218.77 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********7673 sordu nömrəli 26.08.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 13218,77 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin həmin protokolla müəyyən edilmişdir ki, **********5819 sorğu nömrəli 31 08.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 3550,52 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 21.09.2020-ci il tarixdə 00100-2022/20 saylı is üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100- 2022/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/1994 nömrəli 25.09.2020-ci il tarixli Qərarla xitam verilmişdir. Bundan başqa **********3291 sorğu nömrəli 24,12.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 3099,46 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 13.01.2021-ci il tarixdə 00100-0068/21 saylı iş üzrə icraat başlanılmış, protokol tərtib edilmiş və toplanmış materiallar Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-202/2021 nömrəli 20.05.2021-ci il tarixli Qərarı ilə Şəxs MMC cərimə edilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə olunmuş 3(009)-2020/2021 saylı, 20.05.2021-ci il tarixli qərarla Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ödənilməli olan 3099,46 (üç min doxsan doqquz manat qırx altı qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 faizi məbləğində, yəni 2170 (iki min yüz yetmiş) manat məbləğində inzibati cərimə edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 13218,77 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 13218,77 (on üç min iki yüz on səkkiz manat yetmiş yeddi qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 9253 (doqquz min iki yüz əlli üç) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar