Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-183/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində “AEF PUB” restoranında polis əməliyyatı keçirilən zaman o, həmin obyekt yaxınlığından keçərkən şübhəli şəxs qismində saxlanılaraq həmin obyektdə karantin qaydalarının şərtlərini pozduğuna iddia edilərək Səbail Rayon Polis İdarəsinə aparılaraq obyektdə olub-olmadığı araşdırılmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki onun həmin vaxt SMS icazəsi olmuşdur. Göstərdiklərini nəzərə alaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o “Billur” kafesində aşbaz işləyir, karantim rejimində xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021ci il tarixədək iş icazəsi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə işdən çıxıb Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 1, mənzil 25 ünvanında yerləşən evinə getmişdir. Həmin gün saat 23.00 radələrində dostu ilə danışmış və evin yaxınlığında gəzmək üçün çıxmışdır. Baxmayaraq ki, onun işdən icazəsi olmuş, lakin işlədiyi müəsisənin rəhbərinin tapşırığına əsasən ona işdən sonra həmin icazədən istifadə edərək, yaşayış yerini tərk etməmək göstərişi verildiyindən, o, həmin tarixdə dostlarına zəng edərək gəzməyə çıxması üçün SMS icazədən istifadə edərək gəzintiyə çıxmışdır. Həmin vaxt evlərinin yaxınlığında olan “AEF PUB” restoranının yaxınlığında zibil qutusunun yanında dayandığı halda polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və o, cərimə edilmişdir. Nurlan Manaflı qeyd etmişdir ki, o “ AEF PUB” restoranının yanında olmuşdur, restorana daxil olmamışdır. Onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Hesab edir ki, şikayəti təmin edilərək barəsində 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X4 şikayətə etiraz edərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində “AEF PUB” restoranında polis əməliyyatı keçirilmiş və həmin əməliyyat zamanı 40 nəfərə yaxın vətəndaş saxlanılmışdır. Həmin vətəndaşlardan biri də, hazırki iş üzrə şikayətçi X5 olmuşdur. Nurlan Manaflı xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində saxlanılmasına baxmayaraq, onun mobil telefonundan SMS icazə sifarişi 23:02 radələrində verilmiş, yəni tutulduqdan 2 dəqiqə sonra, icazəsi isə 23:18 radələrində təsdiqlənmişdir. Həmçinin o, icasəzi yaşayış yerini tərtk edərkən SMS icazəsinin olubolmamasına yox, qanunsuz olaraq restoranda olduğuna görə saxlanılmışdır. Qeyd etmişdir ki, “AEF PUB” restoranının hər iki giriş-çıxışında polis əməkdaşları dayanmışdır. Nurlan Manaflı restoranın arxa çıxışında saxlanılmışdır. Nurlan Manaflı hava almaq məqsədilə evdən çıxmış olsaydı, “AEF PUB” restoranının arxasında olan zibil qutuların yanında dayanmazdı. Göstərdiklərini nəzərə alaraq Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə X5 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “AEF PUB” restoranında karantin rejimi qaydalarını pozduğuna görə saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “AEF PUB” restoranında karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş 8103 SMS xidmətinə məxsus icazə sistemindən olan çıxarışdan görünür ki, AZE 14672628 nömrəsi üzrə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:02-də sifariş edilmiş, saat 23:18 radələrində isə sifariş qebul edilərək Nurlan Manaflıya 3 saat müddətində yaşayış yerini tərk etməsi üçün icazə verilmişdir. Hazırkı işdən görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində saxlanılmasına səbəb onun SMS icazəsinin olub-olmaması olmamışdır. Onun saxlanılmasına səbəb xx xxxxxx 2020-ci il tarixdə X5 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “AEF PUB” restoranında karantin rejimi qaydalarını pozması olmuşdur. Məhkəmə hesab edir ki, Nurlan Manaflı şikayətində onun həm iş yerindən, həm də SMS icazəsinin olmasına baxmayaraq barəsində qanunsuz inzibati xəta haqqında protokolun tərtib edilməsi dəlili əsassızdır. Bundan əlavə qeyd edilməlidir ki, həm inzibati tənbeh vermə haqqında qərarla, həm də məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektorunun izahatı ilə müəyyən edilmişdir ki, Nurlan Manaflı xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “AEF PUB” restoranında karantin rejimi qaydalarını pozmuşdur. Lakin şikayətçi bunun əksi olaraq həmin gün AEF PUB restoranında deyil, restorandan kənarda dayandığı halda barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə dair heç bir tutarlı sübut təqdim etməmişdir. Belə olan halda isə məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, X3 məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 200 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-183/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-183/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver