Məhkəmə qərarları › İş №3(009)-183/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-183/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-183/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Naxçıvan MR, Şərur anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən verilmiş e-2(009)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Şəxs Səbail rayon Məhkəməsi tərəfindən verilmiş e-2(009)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin e-2(009)-116/2023-036 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsinə giriş-çıxışa cavabdeh Şəxs tərəfindən yaradılan maneə aradan qaldırılsın və həmin yaşayış evinin girişində cavabdeh tərəfindən istənilən qanunsuz tikilinin quraşdırılması qadağan edilsin. X3 ona məxsus yaşayış evinin darvazasının önündə 65,9 kv.m ölçüsü olan asfalt örtüyün cavabdeh tərəfindən dağıdılmış 16,6 kv.m hissəsinin cavabdehin hesabına bərpa olunması vəzifəsi Şəxs üzərinə qoyulsun. İlkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(009)-116/2023-036 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 mülkiyyətində olan 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsinə giriş-çıxışa cavabdeh Şəxs tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və həmin yaşayış evinin girişinə cavabdeh tərəfindən istənilən qanunsuz tikilinin quraşdırılması qadağan edilməlidir. Bu hissədə borclu tərəfindən iltizam alınmış, tərəfindən icra vərəqi təmin olunmuşdur. X2 ona məxsus yaşayış evinin darvazasının önündə 65,9 kv.m ölçüsü olan asfalt örtüyün cavabdeh tərəfindən dağıdılmış 16,6 kv.m hissəsinin cavabdehin hesabına bərpa olunması vəzifəsi Şəxs üzərinə vəzifə kimi qoyulmuşdur. Bu hissədə tələb icra olunmamışdır. İnzibati xəta haqqında protokolu müdafiə edərək inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs həmin qətnamənin qeyri-qanuni olduğunu, şikayət verəcəyini, həmin yerin ona məxsus olmasını göstərən icra hakimiyətinin sərəncamının olduğunu, ilk əvvəl ora asfalt vurmaq istəyəndə bunu edə bilmədiyini, asfalt vurmaq üçün ilk əvvəl layihə və çertyojun olması olduğunu, Tikinti Komitəsinin İcra Hakimiyyəti ilə razılaşmalı olduğunu bildirmiş, bir gecənin içində həmin şəxs qeyri-qanuni olaraq oranı zəbt edərək asfalt vurduğunu, su daşıyan maşının oradan keçərkən asfaltı dağıtdığını, həmin icra sənədini icra edəcəyi təqdirdə yağış və qrunt sularının onun evinə dolacağını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar