Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1832/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhəri 12 saylı Vəkil Bürosunun və Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin 2-ci ərazi X2 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhəri 12 saylı Vəkil Bürosunun və 2-ci ərazi X2 İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun və 2-ci ərazi X2 İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti tərəfindən tərtib edilmiş 04 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 30.06.-xx.xx.2025-ci il tarixdə keçirilmiş planlı YTM zamanı obyektdə YTQ 01-2001 bənd 1.9.1; bənd 1.9.9 tələblərinin pozulduğu faktı aşkar edilmişdir. Nəticədə Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli, 1416 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti yanğın-texniki müayinə aktından görünür ki, obyektdə keçirilmiş planlı YTM zamanı Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisə) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində öz vəzifələrini həyata keçirmədiyi aşkar olunmuşdur. Belə ki, yoxlama zamanı Azərbaycan Respublikası Dövlət X1 vəzifəli şəxslərinin tələbi ilə müəssisədə yanğın təhlükəsizliyi vəziyyəti barədə tələb olunan sənədlər təqdim edilməmişdir. Beləliklə, 04 iyul 2025-ci il tarixli, 1416 nömrəli aktda qeyd edilən inzibati xətanın baş vermə səbəblərinə, yəni vəzifələrini yerinə yetirməmək və sənədləri təqdim etməmək məsələsinə kifayət qədər aydınlıq gətirilməmiş, təqdim etməli olduqları sənədlər barəsində Bakı şəhəri 12 saylı Vəkil Bürosuna məlumat verilməmiş, vəzifələri izah olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilə bilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqirləndirilməsinə dair inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 518.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALD İ: Bakı şəhəri 12 saylı Vəkil Bürosu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1832/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1832/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver