Məhkəmə qərarları › İş №3(009)-1834/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1834/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1834/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Şəxs-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1752/21 saylı, 13 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında qeydiyyatda olan Şəxs-nin (VÖEN:**********) ünvanına Rusiya Federasiyasının OOO “SLK Sement” şirkətindən 02 sentyabr 2021-ci il tarixdə saat 07:08də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 60745064 nömrəli vaqonla daxil olmuş mallar **********2568 sorğu nömrəli 06.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 02 sentyabr 2021-ci il tarixdə saat 07:09-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 55092175 nömrəli vaqonla daxil olmuş mallar **********2581 sorğu nömrəli 06 sentyabr 2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 02 sentyabr 2021-ci il tarixdə saat 07:11-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 60549789 nömrəli vaqonla daxil olmuş mallar **********2638 sorğu nömrəli 06.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 02 sentyabr tarixdə 07:12-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 61591855 nömrəli vaqonla daxil olmuş mallar **********2620 sorğu nömrəli 06.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 02 sentyabr tarixdə 07:13-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 61103933 nömrəli vaqonla daxil olmuş mallar 012110 00292662 sorğu nömrəli 06.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 02 sentyabr 2021-ci il tarixdə saat 07:14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 61750014 nömrəli vaqonla daxil olmuş mallar **********2700 sorğu nömrəli 06.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 02 sentyabr 2021-ci il tarixdə saat 07:15-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 61098463 nömrəli vaqonla daxil olmuş mallar **********2710 sorğu nömrəli 06.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə, 02 sentyabr 2021-ci il tarixdə saat 07:15-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 61100970 nömrəli vaqonla daxil olmuş mallar **********2671 sorğu nömrəli 06.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Baki Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin, sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********2568 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 60745064 nömrəli vaqonla 02 sentyabr 2021-ci il tarixdə saat 07:08-də, **********2581 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 55092175 nömrəli vaqonla 02 sentyabr 2021-ci il tarixdə saat 07:09-da, **********2638 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 60549789 nömrəli vaqonla 02 sentyabr 2021-ci il tarixdə saat 07:11-də,**********2620 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 61103933 nömrəli vaqonla 02 sentyabr 2021-ci il tarixdə saat 07:13də, **********2700 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 61750014 nömrəli vaqonla 02 sentyabr 2021-ci il tarixdə saat 07:14-də, **********2710 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 61098463 nömrəli vaqonla 02 sentyabr 2021-ci il tarixdə saat 07:15-də, **********2671 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 61100970 nömrəli vaqonla 02 sentyabr 2021-ci il tarixdə saat 07:15də “Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifradə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəi Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keşməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Bakı Baş Gömrük İdarəsində 06.09.2021-ci il tarixli **********2568,**********2581, **********2638, **********2620, **********2662, **********2700, **********2710, **********2671 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək rəsmiləşdirilmiş, Rusiya Federasiyasından 60745064, 55092175, 60549789, 61591855, 61103933, 61750014 nömrəli nəqliyyat vasitələri ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilmədiyindən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi var və onun 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar