Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1835/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X13, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X17 və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 09 sentyabr 2021-ci il tarixli 00100-1728/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli 00100-1728/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasına idxal edilmiş meyvə şirələrini 2202 99 190 1 alt yarım mövqeyində sinifləşdirilməli olduğu halda, 29.07.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5386 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edərkən 2202 99 190 9 alt yarım mövqeyində sinifləşdirilməklə ödənilməli olan az miqdarda, 11 183,27 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Nazirlər Kabinetinin 2017-ci il tarixli 500 saylı qərarında təsnifat kodları vardır. Hesab edir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində tərtib edilmiş 09 sentyabr 2021-ci il tarixli, 00100-1728/21 nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, Təhqiqat şöbəsində araşdırlma aparılarkən, təsnifat kodunun düzgünlüyünün müəyyənləşdirilməsi məqsədi ilə X7 müraciət edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X5 müvafiq laboratoriya olmadığından içkilərin meyvə şirəsi olubolmadığını müəyyənləşdirməkdən ötrü tədqiqat obyektləri Azərbaycan X11nə göndərilmişdir. X1 Milli Referans laboratoriyasından verilmiş sınaq protokoluna əsasən təqdim edilmiş bütün nümunələrdə meyvə lətinin kütlə payının 10% və daha artıq olduğu müəyyənləşdirilmişdir. Lakin "xxxx" MMC tərəfindən də, eyni qaydada, içkilərin tərkibindəki meyvə hissələrinin kütlə payının müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan X11nə müraciət edilmiş, X1 Milli Referans laboratoriyasından verilmiş sınaq protokoluna əsasən, təqdim edilmiş bütün içkilərdə meyvə hissələrinin kütlə payının 10%-dan daha az olduğu təsdiq edilmişdir. Göründüyü kimi, X1 Milli Referans laboratoriyasının eyni mallar üzrə tərtib etdiyi sınaq protokolunda ziddiyyətlər var. Ona görə də, X1 Milli Referans laboratoriyasının sınaq protokolları mötəbər sübut kimi qəbul edilə bilməz və bu ziddiyyət barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll edilməlidir. İnzibati xəta haqqında protokolda göstərilir ki, ekspert içkilərin meyvə şirəsi əsaslı olduğunu müəyyənləşdirmək üçün X8 09.12.2011-ci il tarixli, 882 nömrəli qərarı ilə təsdiq edilmiş "Meyvə və Tərəvəz əsaslı şirə məhsullarına dair" TP TC 023/2011 nömrəli reqlamentinin 2-ci maddəsinin 3-cü bəndinə istinad etmişdir. Belə ki, 09.12.2011-ci il tarixli, 882 nömrəli qərarı ilə təsdiq edilmiş "Meyvə və Tərəvəz əsaslı şirə məhsullarına dair" TP TC 023/2011 nömrəli reqlament X16 tərəfindən deyil, X9 Gömrük Şurası tərəfindən qəbul edilmişdir. Ekspert məqsədli şəkildə Reqlamenti qəbul edən təşkilatın adını dəyişmişdir. X16 Azərbaycan Respublikasının da qoşulduğu mötəbər təşkilat olsa da, X12 Azərbaycan öz iqtisadi maraqları baxımından üzv olmamışdır və həmin təşkilat daimi olaraq Azərbaycanda müxtəlif ictimai qurumlar tərəfindən pislənilmişdir. Odur ki, təsnifat kodunun düzgünlüyünün müəyyənləşdirilməsi məqsədi ilə X6 verdiyi ekspertiza rəyi və həmin İdarənin baş eksperti X4 izahatı da sübutlar siyahısından çıxarılmalıdır. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.11.2017- ci il tarixli 500 nömrəli qərarında içkilərin tərkibində meyvə şirəsi və ya ləti hansı miqdardan yuxarı olduqda "meyvə və tərəvəz şirələri əsasına içkilər" hesab edilməsi və hansı halda "digər" yarımbaşlığma düşməsi barədə göstəriş yoxdur. Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericilik aktlarında və ya qoşulduğu konvensiyalarda da bu barədə konkret normalar mövcud deyil. Bu səbəbdən, yəni qanunvericilikdə təsnifat kodunun müəyyənləşdirilməsi üçün konkret normalar olmadığından bu hal barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll edilməli və MEGA-AZ" məhdud məsuliyyətli cəmiyyəti Koreya Respublikasından 032İTC nömrəli 13.04.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə Azərbaycan Respublikasına idxal edilmiş 238 ml həcmində "Fruiting" əmtəə nişanlı 24000 ədəd kakos ilə, 9600 ədəd ananas ləti ilə, 7200 ədəd şaftalı və kokos ilə, 9600 ədəd çiyələk ləti ilə, 8160 ədəd manqo və kakos ilə meyvə şirələrinin 1 litr 0,3 ABŞ dolları rüsum nəzərdə tutulmuş XİF MN üzrə 2202 99 190 9 alt yarımmövqeyində sinifləşdirilməsi qanuni hesab edilməlidir. Belə ki, hesab edirik ki, Şəxs MMCnin əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X13 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Nazirlər Kabinetinin 500 saylı Qərarı malların kodlaşdıılması ilə bağlı yekun aktdır. Onun icrası ilə əlaqədar yalnız Nazirlər Kabineti izahlar verə bilər. Nazirlər Kabinetinin iş qaydasına, eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Qanununda da deyilir ki, Nazirlər Kabinetinin qərarlarına izahlar yalnız Nazirlər Kabinetinin özü tərəfindən verilə bilər. 500 saylı Qərar Gömrük Məcəlləsinin 321-ci maddəsinin qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasından ötrü qəbul edilən bir sənəddir. Nazirlər Kabinetinin qərarları özündə hər bir halda Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsaslanır və Nazirlər Kabinetinin qərarları mərkəzi icra hakimiyyəti orqanlarının aktları arasında ən yüksək qüvvəli aktdır. Nazirlər Kabinetinin qərarında bununla bağlı birbaşa göstəriş yoxdur. Tədqiq etdikləri rəy özündə yalnız X2 Sınaq Protokoluna istinad edib və ekspertin xüsusi biliyinə əsasən gəldiyi nəticələrdən ibarətdir. X21 Təsərrüfatı Nazirliyinin bazasında yaradılan bir təşkilatdır, Əsasnaməsinin 1-ci bəndində də yazilib ki, qida sahəsində Azərbaycan Respublikasında vahid dövlət siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. X3 laboratoriyaları akkreditasiyadan keçmiş laboratoriyalardır, bu sahədə bilikli şəxslərdir və onların fəaliyyəti də müəyyən standartlara əsaslanır. Ona görə də təhlil olunan sənədlər ilə hadisənin baş verməsi, həmin hadisədə şəxsin təqsiri sübuta yetirilmişdir. Bu səbəbdən də, protokolu müdafiə edərək "xxxx" MMC-nin barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Xaqani Süleymanlı həmçinin məhkəmə iclasında sübutlar tədqiq olunarkən münasibətini bildirərək əlavə etmişdir ki, ilk növbədə malın gömrük ekspertizası tədqiqatları aparılarkən hər bir malın üzərində onun göstəriciləri olur, o göstəricilər malın tərkibində olan kimyəvi və fiziki maddələri əks etdirir. İnzibati xəta hadisəsi faktının akşar olunması elə həmin tədqiqatlar əsasında əldə olunan gömrük ekspertizası rəyinə əsaslanmışdır və buna dair məlumatlar daxil olduqdan sonra inzibati iş başlanılmışdır. Tərəf izahat verdiyi zaman qutunun üzərində göstərilən məlumatlarla razılaşmadığını bildirmişdir. Bunun tam, hərtərəfli və obyektiv araşdırılmasından ötrü əlavə ekspertiza aparılmışdır. Araşdırma X2 labarotoriyalarında tədqiqat aparılmışdır. Meyvə-tərəvəz əsaslı şirələr yazılmasının izahı X15 müəyyənləşdirir. Ona görə də birbaşa qanunda bunların nəzərdə tutulması mümkün ola bilməz, bu elmə söykənir. Nazirlər Kabinetinin 500 saylı Qərarı çox geniş məzmunlu qərardır. Əgər bu kimi elmi məsələlər qərarda öz əksini tapsaydı, bu külliyat şəklində olardı. Bunlar hüquqi tənzimləmə dairəsindən kənara çıxan elmi məsələlərdir. Ekspert rəyində “ГОСТ” standara istinad etmişdir. Ancaq bu elmə daxil olan məsələdir. Elm isə dinamik xarakter daşıyır. Məhkəmə iclasına çağırılaraq şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin X15 İdarəsinin eksperti X14 göstərmişdir ki, bu mallara dair ekspertiza Qida Agentliyi tərəfindən aparılmışdır, onlara sorğu isə Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmişdir. Meyvə şirəsinin miqdarının təyini ilə bağlı sorğu göndərmişlər. Nazirlər Kabinetinin 500 saylı Qərarının şərhetmə qaydalarına görə sinifləşdimə aparılır. Təsnifatla sinifləşdirilir, ekspertiza olunan mallar meyvə şirəsi əsaslı içkilərə aiddir. Belə ki, bunların əsas komponenti meyvə şirəsidir, içkiyə tam verən, dad verən və əsaslığını verən meyvə şirəsidir. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, laboratoriya beynəlxalq səviyyədə akkreditasiyadan keçibsə, hətta o, özü belə standart yarada bilər və ona uyğun olaraq işləmək hüququ vardır. Ola bilər o standart heç bir ölkədə qəbul olunmayıb, lakin laboratoriyanın özü beynəlxalq olduğu üçün özünün yaratdığı standarta əsaslana bilər. Ona görə də X11 akkreditasiyadan keçdiyi üçün ona əsaslanmaq olmaz ki, bu standartlar Azərbaycanda qəbul olunmayıb. Təhqiqata verdiyi izahda isə yanlışlığa yol verildiyini qəbul edirəm. Çünki orada göstərdiyi reqlament X8 deyil, Avrasiya İttifaqının aktıdır, bunu isə izahat verərkən diqqətsizliyi ilə izah edir. Bununla belə gömrük ekspertizasının rəyi düzgündür. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respulikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin Gömrük Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikasına gətirilən mallar səlahiyyətli gömrük orqanına bəyan edilməlidir, buna müvafiq olaraq idxalatçı tərəfindən mallar Nazirlər Kabinetinin 500 nömrəli 17.11.2017-ci il tarixli Qərarında təsbit edilən kodlar üzrə sinifləşdirilir. **********5386 nömrəli 29.07.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, bu mallar ********** kodu ilə gömrük orqanına bəyan edilmişdir. 2200-013/004-25/003866 nömrəli 02.08.2021-ci il tarixli ilkin gömrük ekspert rəyindən görünür ki, həmin mallar ********** kodu altında sinifləşdirilməlidir. 1400-013/006-25/005314 nömrəli 10.08.2021-ci il tarixli müraicət məktubundan görünür ki, inzibati araşdırma aparan orqan tədqiqatlar natamam olduğundan əlavə gömrük ekspertizası təyin etmişdir. Əlavə gömrük ekspertizasının 2200-013/004-25/004363 nömrəli 02.09.2021-ci il tarixli rəyinə əsasən aloe növündə alkoqolsuz içki istisna olmaqla digərləri ********** kodu altında sinifləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli 17.11.2017-ci il tarixli Qərarına əsasən, alkoqolsuz içkilərdən meyvə və tərəvəz şirələri əsasında içkilər 2202 99 190 1 kodunda, energetiklər və həmin içkilərdən başqaları isə 2202 99 190 9 koduna aid hesab edilir. Eyni zamanda, həmin Qərarda alkoqolsuz içkilərin tərkibindəki lətin kütlə faizindən asılı olaraq alkoqolsuz içkilərin meyvə və tərəvəz şirələri əsasında içkilər olmasına dair heç bir qeyd yoxdur. Ona görə də, bu içkilərin kütlə faizi bilib, şəxsin malı kodlaşdırılmasını aparmaqla bağlı öhdəliyi Nazirlər Kabinetinin qərarında göstərildiyi ifadə çərçivəsindən kənara çıxa bilməz. Digər bütün hallarda isə əhəmiyyətli halları müəyyən etmək xüsusi bilik tələb etdiyindən bunun şəxsin məsuliyyətinin əsasını təşkil etməsinə dair fikir ədalətlilik baxımından yanlış olardı. Həmçinin, məhkəmə işdə olan sənədləri təhlil edərək məhkəmə iclasında tədqiq olunan sübutları nəzərdən keçirərək gömrük ekspertizası rəyini vermiş və məhkəmədə dindirilmiş gömrük eksperti Nurlanə Məmmədlinin işdə olan 03.09.2021-ci il tarixli izahatına tənqidi yanaşaraq bu izahatın məhkəmədə şəxsin özü tərəfindən təkzib edilməsini nəzərə alıb qənaətə gəlir ki, həmin izahatda ekspertin əslində Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqaviləyə və buna uyğun standartlara əsaslanmasının qanuni əsası yoxdur. Ona görə də həmin izahat və iş üzrə onun əsasında müəyyən edilən hallar sübut kimi qəbul edilə bilməz. Ona görə də, şəxsin idxal etdiyi malları bəyan edərkən göndərənin verdiyi məlumatlara əsaslanaraq gömrük orqanına məlumat verməsini, şəxsin belə məlumatları qəsdən təhrif etməklə düzgün olmayan məlumatları təqdim etməsi halları müəyyən edilmədiyini, gömrük ekspertizası rəyində ekspertin gəldiyi qənaətin kifayət qədər əsaslandırılmadığını, rəydəki boşluqların məhkəmədə tədqiq olunan zaman aradan qaldırıla bilmədiyini, əksinə ekspertin göstəriklərinin qanuni və elmi əsaslarının məhkəmədə təsdiq olunmadığını və işdə olan sübutların təqsiri təsdiq etmək baxımından biri digərini tamamlamadığını nəzərə alaraq, şəxsin bu hadisədə təqsirli olmasına dair qərara gəlmək mümkün deyildir. Digər hallar isə şəxsin təqsirli olmasına dair əsaslı şübhələr yaratsa da, bu şübhələr şəxsin təqsirli olması kimi təfsir edilə bilməz. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-nə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin( 09 sentyabr 2021-ci il tarixli 00100-1728/21 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1835/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1835/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver