Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1838/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MTK-nın sədri X3, Şəxs MTK-nın səlahiyyətli nümayəndəsi X1 və Səbail Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi Yaqub Məmmədovun iştirakları ilə, Şəxs MTK-nın sədri X5 barəsində Səbail Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon İcra və Probasiya Şöbəsindən Səbail Rayon Məhkəməsinə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materillarına əlavə edilmiş MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1318/2020 saylı icra sənədi üzrə tələblərə Şəxs MTK-nın direktoru X5 tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra edilməsinə maneəçilik törədilmişdir. Nəticədə, X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Yaqub Məmmədov bildirmişdir ki, Səbail rayon Məhkəməsinin “iddianın təmini tədbiri barədə” xx.xx.2020-ci il tarixli 2(009)- 1318/2020 saylı icra sənədinə əsasən ünvan 1 ünvanının qonşuluğunda hər hansı təmirtikinti işlərinin aparılmasının cavabdeh Şəxs MTK-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Lakin Şəxs MTK tərəfindən yenidən təmir-tikinti işlərinin aparılması aşkar olunmuşdur hətta bu barədə bir neçə dəfə xəbərdarlıq olunmuşdur. Bütün bu hallar tərəfimdən tərtib olunmuş aktlarla təsdiq olunmuşdur. Bütün bunları nəzərə alaraq Şəxs MTK-nın sədri X3 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edirləm. Məhkəmə iclasında iştirak edən Şəxs MTK-nın səlahiyyətli nümayəndəsi X2, barələrində tərtib olunmuş protokolun formal xarakter daşıdığını və həmin protokolda MTK sədrinin imzasının olmadığını, protokolun tərtib olunması haqqında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə lazımi qaydada məlumat verilmədiyini, onun bununla əlaqədar izahatının alınmadığını və MTK-da heç bir təmir-tikinti işlərinin aparılmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5, nümayəndəsinin dedikləri ilə razı olduğunu, həmçinin sədri olduğu MTKda heç bir təmir-tikinti işlərinin aparılmadığını, barəsində protokolun tərtib olunmasına dair ona məlumat verilmədiyini və bununla əlaqədar izahatının alınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında protokol, ona əlavə olunmuş materiallar natamamdır və işə baxılarkən bu tamamlamağın aradan qaldırılması mümkün deyil, bu səbəbdən protokol və ona əlavə olunmuş materiallar Səbail rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə protokolun tərtib olunması vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməmiş və izahatı alınmamış, beləliklə ona protokolun məzmununa dair öz mülahizələrini təqdim etmək imkanı təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci, 100.2-ci və 100.4‑cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta iş aparılan fiziki şəxsin izahatları göstərilməlidir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MTK-nın sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğundan və işə baxılarkən həmin tamamlamağın aradan qaldırılması mümkün olmadığından, mövcud natamamlıqların aradan qaldırılması üçün həmin protokol və ona əlavə olunmuş materiallar Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nın sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1838/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1838/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver