Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-184/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində “Ərdəm Başarılı dönəri” kafesinə məxsus olan və idarə etdiyi “Tufan 50” markalı mopedlə dostu X10 “Qurd qapısı” dairəsindən Badamdar qəsəbəsi istiqamətinə doğru hərəkət edib, yolayrıcına çatanda geriyə qayıtmaq üçün sola dönərkən Mir Cavidin sol ayağı yolayrıcında dayanmış “Mercedes Benz E” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ stop-farasına dəymiş, nəticədə avtomobilin stop-farası sınmışdır. Mircavid isə sol diz nahiyəsindən xəsarət almışdır. “Mercedes Benz E” markalı avtomobilin sürücüsü özünü Ramazan kimi təqdim edərək “102” xidmətinə zəng edəcəyini bildirmiş və onlardan avtomobilinə dəymiş zərərin ödənilməsini istəmiş, lakin onlar üstlərində pullarının olmadığını bildirmişlər. O, anasından pul götürüb, avtomobilə dəymiş zərər kimi 70 manatı ona verəcəyini söz verdikdən sonra, sürücü X11 öz avtomobili ilə xəstəxanaya aparmışdır. O, anasından 70 manat pul alıb, avtomobilə dəymiş zərər kimi Ramazana vermişdir. Həmçinin qeyd etmişdir ki, hadisə Səbail rayonu, Badamdar şossesində, “Qurd qapısı” dairəsindən Badamdar qəsəbəsi istiqamətinə doğru yolun hərəkət hissəsində, yolayrıcında baş vermiş, onun idarə etdiyi moped avtomobil ilə toqquşmamış, sadəcə, dönməni yerinə yetirərkən mopeddə sərnişin qismində olan Mir Cavidin ayağı avtomobilə dəymişdir. Həmin vaxt mopedi 20-30 km/saat sürəti ilə idarə etmiş və hadisə baş verən anda avtomobil yolayrıcında sola dönmə edib, dayanmışdır. “Mercedes Benz E” markalı avtomobil ondan 4-5 metr öndə hərəkət etmiş və həmin avtomobil sola dönmə işığını yandırmışdır. Təhlükəni sol-geriyə dönmək üçün yolayrıcına girən zaman arxada olan sərnişin Mir Cavid tarazlığı pozanda hiss etmiş, həmin an idarə etdiyi mopedin sükanı oynamış, lakin o, idarəetməni itirməmiş və bir neçə metr gedib, mopedi dayandırmışdır. Mircavidin ayağının avtomobilə dəydiyini sonradan bilmiş, həmin vaxt başında təhlükəsizlik dəbilqəsi olduğuna görə səs eşitməmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Mopedi idarə edərkən spirtli içki qəbul etməmiş və bununla bağlı müayinədən keçmişdir. Əməlindən peşman olduğunu nəzərə alınmasını xahiş etmişdir. Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 31 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2005-ci il təvəllüdlü X3 xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış material Səbail RPİ-nin DYPŞ-yə göndərilmişdir Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 681 saylı ekspert rəyinə əsasən 2005-cü il təvəllüdlü X3 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol diz oynağının şişkinliyi fonunda ön səthinir sıyrığı və hərəkət məhdudluğu ilə müşaiyət olunan əziyi bərk küt əşyanın (əşyaların) təsirindər törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020-c il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən, hərəkətdə olan mopedin dayanmış (hərəkətsiz vəziyyətdə olan avtomaşınla toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/21199 nömrəli aktından görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 31 ünvanında sürücü 2004 cü il təvəllüdlü Şəxs idarə etdiyi “Tufan 50” markalı mopedlə yolayrıcınd* solageriyə dönməni yerinə yetirərkən mopeddə sərnişin qismində olmuş 2005-cü il təvəllüdü X3 sol ayağı yolayrıcında dayanmış vəziyyətdə olan sürücü X6 idarə etdiyi “Mercedes Benz E 200 CDİ” markalı 90-HT-20 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ stop-farasına dəymiş və baş vermiş yol-nəqliyya hadisəsi nəticəsində sərnişin Həsənov X2 qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almış, “Mercedes Benz E 200 CDİ markalı avtomobilə maddi zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 338.4-cü maddəsi əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hazırki işdən isə müəyyən edilir ki, Şəxs törətdiyi hadisə nəticəsində zərərçəkmiş şəxs Həsənov X1 yüngül bədən xəsarəti yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-184/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-184/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver