Məhkəmə qərarları › İş №3(009)-184/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-184/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-184/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X1, Qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhər X5 İdarəsinin 02 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 02 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 noyabr 2023-cü il tarixində, saat 16:20 radələrində idarə etdiyi Tofas markalı 77CF238 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Babək prospekti, 76a küçəsilə hərəkət edərkən, DYP əməkdaşı tərəfindən daimi yanan döngə işıqların nasazlığına görə saxlanılmışdır. Bu qayda pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsi ilə 50 AZN miqdarda cəzalandırılmalı olduğu halda inspektor haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə İXP5867984 protokol tərtib edərək onu 150 AZN ilə cəzalandırmışdır. DYP əməkdaşı İXM 96-cı maddəni pozaraq ona bildirdi ki, avtomobil cərimə meydançasına yerləşdiriləcək. Digər əməkdaşı onu xüsusi səs avadanlığı vasitəsilə YPX-nin təlimatını pozaraq, onu maşınına dəvət edib, və o, öz avtomobilini tərk etmədiyinə görə, dəvət etdiyi Post Patrul Xidmətinin əməkdaş ilə avtomobilini cərimə meydançısına yerləşdirildi, və avtomobilini ordan buraxılmadığlarına görə, o, məcbur maşınsız qala bilmədiyi üçün, protokol ilə razıyam yazmışdır. Pozduğu qayda pozuntusunu səmimi etiraf edərək pozduğu qayda pozuntusuna görə cəzaların yəni səhv verilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə verilmiş inzibati qərarın ləğv edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsi ilə verilməsini sizdən xahiş edir. DYP əməkdaşı tərtib etdiyi İXM 342.2.2 maddəsində yazılıb Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi. Sual yaranır daimi yanan (Amerikanka iş rejimini pozan) işıq cihazına, DYP əməkdaşı niyə avadanlıq deyir? Sonda bildirmək istəyirəm DYP əməkdaşı yazdığı İXM-nin 342.2.2 maddəsi İXM-nin 96.1.5-ci maddəsində açıqlaması var, lakin onun isə yol verdiyi Xarici işiq cihazları ilə bağlı qanun pozuntusu YHQ-nin 1 saylı əlavənin (Nəqliyyat vasitələrinin nasazlıqları) 3-cü bəndində Xarici işiq cihazları ilə bağlı bütün növ nasazlıqların açıqlamaları qeyd olunmuşdur və həmin pozuntulara görə cərimələr İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Xahiş edir ki, vəzifə öhdəliklərini icra etməyən bu qanunsuz qərarı verən və DİN-ə etdiyi müraciyəti düzgün araşdırmayan əməkdaşların cəzalandırılmasını və İXP5867984 protokolu əsasında yenidən düz verilməsi təmin edilsin. Şikayətini tam təmin edərək, BŞBPİ, DYPŞ tərəfindən qanunsuz olaraq verilmiş TP ******* qərarının əsassız hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 02 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 02 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarı ilə xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2, Bakı şəhəri, Babək prospekti 76a ünvanında Tofaş Şahin minik markalı 77CF238 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı X2 tərəfindən idarə etdiyi Tofaş Şahin minik markalı 77CF238 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə led lampalar quraşdırdığı müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ tərəfindən 02 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərar haqlı olaraq qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 02 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 02 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar