Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-184/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilmiş 14 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X3 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaşdan şikayət daxil olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, şəxs xx.xx.2024-cü il tarixdə işə cəlb olunsa da, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Məktublardan və tabeldən görünür ki, şəxs xx.xx.2024-cü il tarixdən işləməyə başlamışdır. Göstərilənlərə əsasən Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirmişdir ki, inzibati xəta törətmək niyyətləri olsa idi, kağız daşıyıcıda müqavilə imzalanmazdı. Əmək Müfəttişliyi tərəfindən şəxsin həqiqətən hər hansı işi görməsi barədə sübut təqdim edilməmişdir. Əmək müqaviləsi bağlanan gün ƏMAS sistemində problem olmuş və bununla bağlı akt tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi formalaşmadığından icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbi pozularaq cəmiyyət tərəfindən X4 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Şəxs MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə ünvanladığı xx.xx.2024cü il tarixli, № 28 məktubdan görünür ki, X4 xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" MMCnin nəzdində fəaliyyət göstərən "Golden Coast" mehmanxanasında texnik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli öz xahişi ilə işdən azad olunmaq ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 65K/24 əmrdən görünür ki, "X7 Departamenti/Texniki Şöbə bölməsində "Santexnik" vəzifəsində X1 ilə bağlanılmış 1JUSB8J000500 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 12 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi üzrə Şəxs MMC “İşə götürən”, X4 isə “işçi”-dir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, xx.xx.2024cü il tarixdə imzalanmışdır. İş materiallarında olan tabeldən görünür ki, X4 2024-cü ilin iyun ayı üzrə xx.xx.2024-cü il tarixdən işə başlamışdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X4 arasında müqavilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. İş materiallarına əlavə edilmiş 04 iyun 2024-cü il tarixli, № 02 aktdan görünür ki, 03 iyun 2024-cü il tarixində vətəndaş X4 və "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmış. Lakin gün ərzində “Əmək və məşğulluq" altsistemində (ƏMAS platformasında) yaranan problem ilə bağlı müqaviləni imzalamaq mümkün olmamışdır. 04 iyun 2024-cü il tarixində problem aradan qalxmış, əmək müqaviləsi imzalandıqdan sonra işçi işə başlamışdır. İş materiallarına əlavə edilmiş yazışmalardan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə ƏMAS platformasında problem yaranmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə etirazından görünür ki, hazırda icraatınızda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə tərtib edilmiş protokol üzrə Şəxs MMC-nin barəsində inzibati xəta üzrə icraat aparılır. Aşağıda göstərilənlərə əsasən həmin inzibati xəta üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən xitam verilməlidir: 1.Tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir və məhkəmədə baxıla bilməz. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 795 №-li Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 192.1 - 192.11-ci və digər maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin 3.1.10-cu bəndinə əsasən öz səlahiyyətləi daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq X3 Xidmətinin vəzifəsi olaraq müəyyən edilmişdir. Göstərilən Fərmanlara əsasən hazırki inzibati xəta üzrə icraata dair inzibati xəta protokolu yalnız iki qurum tərəfindən tərtbib edilə bilərdi: 1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2) Səlahiyyətləri olarsa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti İş materiallarındaki inzibati xəta haqqında protokoldan bəlli olur ki, protokol qeyd edilən qurumlar tərəfindən deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. Faktiki olaraq həmin protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib edilməli olduğu halda bu hal baş verməmişdir. Belə səlahiyyətin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilməsini təsdiqləyən bir hal yoxdur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 795 №-li Fərmanının 5.4-cü bəndinə hər-hansı dəyişiklik edilməmiş və ya əlavə bənd artırılmamışdır. Bu baxımdan hesab edirik ki, tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta protokolu səlahiyyətli olmayan şəxs tərəfindən tərtib edildiyindən həmin protokoldam irəli gələrək aparılan inzibati xəta üzrə icraata hazırki mərhələdə baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 43.2-ci maddəsinə əsasən bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 795 №-li Fərmanının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 2. Hazırki iş üzrə hətta hesab edilsə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Ərazi İdarəsinin inzibati xəta protokolu tərtib etmək səlahiyyəti mövcuddur, bu zaman tərtib edilmiş inizbati xəta protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6 və 9cu maddələrinə uyğunsuzluq təşkil etmişdir. Belə ki, 6.1-cı maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta üzrə protokoldan bəlli olur ki, protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə istinadən tərtib edilmişdir. Həmin maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə şəxs barəsində protokol tərtib edilir. Yəni məsuliyyətin yaranması üçün əmək müqaviləsinin tərəfi olmalı olan şəxs məcburi qaydada, onun iradəsinin ziddinə olaraq, əmək müqaviləsi olmadan hər-hansı formada hansısa işlərin görülməsinə cəlb edilsin. Faktiki olaraq bu maddə üzrə Şəxs MMC barəsində protokol tərtib edilən zaman hesab edilmişdir ki, işçi X4 əmək müqaviləsini imzalamadan və bunu elektron sistemdə qeydiyyata aldırmadan müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Qeyd edilməlidir ki, əgər həqiqətən də Şəxs MMC tərəfindən işçi ilə əmək müqaviləsi imzalanılmadan hansısa işlərin görülməsi işçiyə həvalə edilərdisə, bu zaman kağız daşıyıcıda da əmək müqaviləsinin imzalanması təmin edilməzdi. Halbuki tərəflər arasında kağız daşıyıcıda əmək müqaviləsi imzalanmış, lakin elektron informasiya sistemində qeydiyyatın aparılması mümkünsüz olmuşdur. Belə ki, həmin an bildirişin qüvvəyə minməsini təsdiq etmək üçün əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə inteqrasiya edilməsinə təmin edən ƏMAS xidməti portalında nasazlıqlar yaranmış və əmək müqaviləsi bildirişinin qüvvəyə minməsini həyata keçirmək mümkün olmamışdır. Mövcud halla bağlı işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixində “əmək və məşğulluq” altsistemində (ƏMAS) yaranan problemlə bağlı 02 №-li Akt tərtib edilmişdir. Həmin aktda da göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində X4 ilə əmək müqaviləsi imzalansa da, elektron informasiya sistemində yaranmış problemlə əlaqədar müqaviləni elektron imzalamaq mümkün olmamış, yalnız müqavilə imzalandıqdan sonra işçi işə başlamışdır. ƏMAS sistemində yaranmış problemin bir çox şirkətin insan resursaları idarəçilərinin whatsapp qrupu olan “HR distance” adlı qrupda da yazışmalar aparılmışdır ki, həmin yazışmalardan da müəyyən olunur ki, həqiqətən də həmin an ƏMAS sistemində texniki problemlər olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki. əgər həqiqətən də “ASİF-K" MMC tərəfindən hər-hansı işçi ilə müqavilə imzalanmadan onun işə cəlb edilməsi halı olardısa və bu hal gizələdilmək. vergidən yayınmaq, işçinin hər-hansı əmək hüququnun pozulmasına şərait yaradılması, eyni zamanda məcburi əməyə cəlb edilməli olan niyyətlə əhatə olunardısa bu zaman "xxxx" MMC tərəfindən bu barədə kağız daşıyıcıda əmək müqaviləsi imzalanmaz, işçi hər-hansı işə cəlb edilmədiyi halda və ya hər-hansı işlərin görülməsinə cəlb edilməməsinə baxmayaraq ona həmin gün üçün əmək haqqı ödənilməzdi, eyni zamanda həmin əmək müqaviləsi bildirişi xx.xx.2024- cü il tarixində deyil, daha sonrakı müddətlərdə elektron informasiya sistemində qeydiyyata alınmaqla və ya ümumiyyətlə qeydiyyata alınmamaqla icra edilə bilərdi. Mövcud halda tərtib edilmiş inizbati xəta protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə də uyğunsuzluq təşkil etməkdədir. Yəni tərtib edilən protokol üzrə tətbiq edilən tənbeh növü inzibati xətaların xarakterinə və onun törədilməsi hallarına uyğun deyildir. Belə ki, Şəxs MMC tərəfindən atılmış addımlar (işçinin işə cəlb edilməsinin əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra icra edilməsi, məcburi əməyin mövcud olmaması, xx.xx.2024-cü il tarixi üzrə hər-hansı işlərin görülməsinə cəlb edilməməsinə baxmayaraq həmin gün üçün əmək haqqı ödəməsi, əmək müqaviləsinin ən azından kağız daşıyıcıda tərtib edilməsi, bundan bir gün keçməmiş elektron informasiya sisteminə dərhal daxil etməsi və.s) inzibati xətanın törədilməsi hallarına uyğun gəlməməkdə, eyni zamanda inzibati tənbehin xarakteri ilə uzlaşmamaqdadır. (inzibati tənbehin verilməsi üçün əsasın yaranmasının Şəxs MMC-dən aslı olmaması, ƏMAS elektron informasiya sistemində əməliyyatların aparılmasının mümkünsüzlüyü və.s). Göstərilənləri ümumiləşdirirək qeyd edirik ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta protokolu səlahiyyətli olmayan qurum tərəfindən təqdim edildiyindən, eyni zamanda AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından - yəni məcburi əməyə cəlb edilmə və ya hər-hansı işin görülməsi halının mövcudluğu, davamında tərtib edilmiş inzibati xəta protokolu AR İnzibati Xətalar Məcəlləsinin 6 və 9-cu maddələrinin tələblərinə uyğun olmadığından, əmək müqaviləsi qüvvəyə minməsi bildirişinin elektron informasiya sistemində qeydiyyatının aparılması elektron informasiya sistemindəki texniki nasazlıqdan irəli gəldiyindən inzibati xəta üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, X4 ilə "xxxx" MMC arasında əmək müqaviləsi “Əmək və məşğulluq" altsistemində (ƏMAS platformasında) xx.xx.2024-cü il tarixdə imzalanmasına baxmayaraq, X4 xx.xx.2024-cü il tarixdən işə cəlb edilmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-184/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-184/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver