Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1840/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Səbail Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi Yaqub Məmmədovun iştirakları ilə, Şəxs barəsində Səbail Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1318/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədi üzrə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* saylı Protokol onunla əsaslandırmışdır ki, Səbail rayon icra və probasiya şöbəsində xx.xx.2020-ci il tarixli qərarla icraata başlanmış, Səbail rayon məhkəməsinin “iddianın təmini tədbiri barədə” xx.xx.2020- ci il tarixli e-2(009)-1318/2020 saylı icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi,ev İA ünvanının qonşuluğunda hər hansi təmir-tikinti işlərinin aparılmasının cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK-ya və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Tələbin dərhal icrasına dair cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK-ya xx.xx.2020- ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş verilmişdir. Müəyyən edilmişdir ki, borclu şəxs tərəfindən sözügedən ünvanda təmir-tikinti işləri davam etdirilir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə həmin ünvanda icra məmurlarının və Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş, icra sənədinin mahiyyəti barədə icra zamanı təmir- tikinti işlərini davam etdirən, 10 şəxsə xəbərdarlıq edilmişdir. Həmin şəxslərdən Şəxs nəticə çıxarmamış və xx.xx.2020-ci il tarixdə saat 11:00-da təmir-tikinti işlərini davam etdirmişdir. Beləliklə, Şəxs şöbəyə dəvət edilmiş, izahatı alınmış və izahat verərkən qeyrisəmimi olmuş, təmir-tikinti işlərini davam etdirməkdə özünü təqsirli hesab etməmişdir. Bu fakt xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlarla təsdiq olunur. Beləliklə, xx.xx.1966-cı il təvəllüdlü Şəxs , Səbail rayon məhkəməsinin “iddianın təmini tədbiri barədə” xx.xx.2020-ci il tarixli e-2(009)-1318/2020 saylı icra sənədinin icrasına digər şəxs kimi maneəçilik göstərməsinə görə, onun hərəkətlərində Azərbaycan Respublikası İXMnın 528.1 maddəsinin tərkibi olduğundan həmin maddənin sanksinyasında nəzərdə tutulan qaydada inzibati tənbeh tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi Yaqub Məmmədov, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs, işlədiyi “xxxxxxxxxxxxxxxxxxx” MMC-də cavabdeh şəxs olmadığını, həmin yerdə fəhlə kimi işə cəlb olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində protokol tərtib olunmuş şəxs Şəxs, “xxxxxxxxxxxxxxxxxxx” MMC-də fəhlə qismində işə cəlb olunmuşdur və icra sənədinin icrası ilə əlaqədar heç bir səlahiyyətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53-ci və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1840/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1840/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver