Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1842/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin 26 aprel 2021-ci il tarixli, ******* saylı protokolun və həmin protokol əsasında qəbul olunmuş 07 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin 26 aprel 2021-ci il tarixli, ******* saylı protokolun və həmin protokol əsasında qəbul olunmuş 07 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, X3 tərəfindən 15 sentyabr 2021ci il tarixində verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş 30.09.2021-ci il tarixli ərizədən görünür ki, X3 tərəfindən verilmiş 07 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayət ərizəsini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh verməprotokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati tənbeh verməiş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 133 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin 26 aprel 2021-ci il tarixli, ******* saylı protokolun və həmin protokol əsasında qəbul olunmuş 07 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1842/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1842/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver