Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1842/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP ******* saylı, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin TP ******* saylı, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması və inzibati xətaya dair materiala yenidən baxılması məqsədilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. 02 aprel 2024-ci il tarixində qərarsız protokol yazılmışdır. YPX əməkdaşı polis baş serjantı X2 tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında Qərarsiz protokol tərtib edilmişdir. İdarə etdiyi DODGE CHARGER minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami küçəsi ilə hərəkət ederkən Zərgərpal küçəsinin kəsişməsində “dur(stop)” işarəsi olduğundan tam şəkildə avtomobili dayandırıb piyadaya yol verilmişdir. Orada olan vəziyətdə Zərgərpalan küçəsi ilə gələn avtomobilin yol vermə intervalını nəzərə alınaraq yola davam etmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2 maddələrinə görə əsassız tərtib olunmuş protokol və əsasında verilmiş qərarda inzibati xəta hadisəli-inzibati xəta tərkibi istisna olunur. Buna görə Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-135.1.1, 135.1.3- 135.1.4 maddələrində göstərilən əsaslar rəhbər tutaraq TP-6415345 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP ******* saylı, 15 aprel 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxıldığından hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP ******* saylı, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxıldığından hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X3 yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə yüz manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1322/2024 Salı, 03 sentyabr 2024cü il tarixli qərarı ilə X1 şikayəti təmin olunmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP ******* saylı, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələlər barəsində qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP ******* saylı, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə ləğv edilməmiş qərar olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı və 53.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP ******* saylı, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə ləğv edilməmiş qərar olduğundan hazırki iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1842/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1842/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver