Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1842/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 08 iyul 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 11650,00 ABŞ dolları vəsaiti 30 may 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11650,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 31 may 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası X2 ləşinin 430.4-cü maddəsi ilə 08 iyun 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Aşağıdakı əsaslara görə 08 iyun 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edirik Əvvəla qeyd edək ki, tərəfimizdən elektron məhkəmə sisteminə sübutlar əlavə olunmuşdur. Təqdim etdiyimiz sübutlarla da təsdiq olunur ki, şirkətimizin Rusiya şirkəti olan "Tekhnika VODY" LLC ilə 21,02,2023 tarixli AC 23/02-01 saylı müqaviləmiz var. Ödənişi etdiyimiz Türkiyə şirkəti olan TÜRBOSAN şirkəti ilə də 23,02,2023 tarihli 23-9841 saylı müqaviləmiz var. Sadəcə olaraq biz maları ölkəyə gətirmədən 21,02,2023 tarixli "Tekhnika VODY" LLC ilə bağladığımız müqaviləyə əsasən Rusiya şirkətinə göndərilib və bunun qarşılığında da "Tekhnika VODY" LLC-dən bizə ödəniş daxil olmuşdur. X2 ləsinin 430.4-cü maddəsi deyir ki, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati tənbeh nəzərdə tutulur. Lakin işin halarından görünür ki, ölkəmizə həmin vəsait Rusiya şirkətindən daxil olmuşdur. Belə olan halda hansı ictimai təhlükəlilikdən və hansı təqsirdən söhbət gedə bilər. Təqdim etdiyimiz sübutlardan da görünür ki, Commercial İnvoice sənədində alıcı qismində "Tekhnika VODY" LLC görsənir. Təqdim etdiyimiz YGB (Rusiya) dən görünür ki, malı göndərən TÜRBOSAN və malı alan "Tekhnika VODY" LLC şirkətidir. YGB də təyinat hissəsində də 21,02,2023 tarixli "Tekhnika VODY" LLC şirkəti ilə bağladığımız müqavilə göstərilir. Eyni zamanda hazırda sübut qismində əlavə etdiyimiz xx.xx.2023-cü il tarixli TÜRBOSAN şirkəti ilə aramızda bağlanmış 23,02,2023 tarihli 23-9841 saylı müqaviləyə əlavə 1 dən görünür ki "Tekhnika VODY" LLC ile "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında akdedilen xx.xx.2023 tarih, AC23/02-01 saylı müqaviləyə əsasən "xxxx" LLC ile TÜRBOSAN A.$. arasında imzalanan xx.xx.2023 tarixli müqavile üzrə belirtilen mallar Satıcı tarafından "Tekhnika VODY" LLC'ye teslim edilecektir." Eyni zamanda onu da bildirirk ki, eyni bu müqavilə üzrə digər partiya üzrə işə də bu məhkəmədə sizin icraatınızda baxılmış və işə xitam verilmişdir Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməyi xahiş edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 3 iyun 2025-ci il tarixli, KB-244/2-1270/2025 saylı məktubundan və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən 11650,00 ABŞ dolları məbləğində avans ödənişi aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan bank məlumatlarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarxidə “AO RAİFFEİSENBANK” banka “Tekhnika Vody LLC” hüquqi şəxsinin hesabına hesabına 11650,00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № AC23/02-01 nömrəli müqavilədən görünür ki, “Tekhnika Vody LLC” “satıcı” qismində malları “alıcı” "xxxx" MMC-ə satır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23-9841 nömrəli müqavilədən görünür ki, "Tekhnika VODY" LLC ile "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında akdedilen xx.xx.2023 tarih, AC23/02-01 saylı müqaviləyə əsasən "xxxx" LLC ile TÜRBOSAN A.$. arasında imzalanan xx.xx.2023 tarixli müqavile üzrə belirtilen mallar Satıcı tarafından "Tekhnika VODY" LLC'ye teslim edilecektir." İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AC23/02-01 nömrəli proforma-invoys sənədindən görünür ki, "xxxx" MMC “Tekhnika Vody LLC” hüquqi şəxsindən 11650,00 ABŞ dolları məbləğində mallar alınmışdır. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, 11650,00 ABŞ dolları məbləğində mallar xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kommersiya fakturasından görünür ki, "xxxx" MMC tərəfindən ümumilikdə 34000,00 EURO məbləğində mallar alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 11650,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında bank sənədinə əsasən bankda olan hesabından 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 11650,00 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün "xxxx" MMCnin əməlində Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının X2lləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının X2lləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1842/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1842/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver