Məhkəmə qərarları › İş №3(009)-1843/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1843/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1843/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, "xxxx" MMC-nin direktoru X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, 24 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin direktoru X2 nümayəndəsi və vəkili Nümayəndə X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, 24 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, 24 oktyabr 2022ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin baş direktoru X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarından göründüyü kimi X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar vəzifəli şəxs X4 barəsində qəbul edilmişdir. X2 yaşayış yeri isə Bakı şəhəri, T.Əliyarbəyov küçəsi ev 14, mənzil 2-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3- cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatlardan müəyyən olunur ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1an göründüyü kimi, inzibati xətanın törədildiyi yer hüquqi şəxsin ünvanı ünvan 2 isə Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisidir, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X2 şikayətində onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti mövcud deyil. Belə olduğu halda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, şikayətə Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1, 118 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: "xxxx" MMC-nin direktoru X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, 24 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar