Məhkəmə qərarları › İş №3(009)-1847/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1847/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1847/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X6 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən "xxxx" MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 0100-1725/21saylı, 08 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Fransanın “ALTSOM TRANSPORT S.A” şirkətindən P817AT790/EP398250 nömrə nişanlı yük avtomaşınında AZXA-PARTS-CİNV-0085 nömrəli 15.04.2021-ci il tarixli, AZXA-PARTS-CİNV-0129 nömrəli 31.03.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********4603 sorğu nömrəli 10.06.2021-ci il tarixli gömrük bəyannaməsi9n ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünleyenün araşdırılması zamanı XİFMN üzrə **********, ********** kodlar altında “0”% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X3 İdarəsinə 1400-012/002- 25/005364 nömrəli 12.08.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-017/003-25/004355 nömrəli 01.09.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizasının aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına AZXA-PARTS-CİNV-0129 nömrəli 31.03.2021-ci il tarixli invoys sənədinin 1, 2-ci mövqeləri və AZXA-PARTS-CİNV- 0085 nömrəli 15.04.2021-ci il tarixli invoys sənədinin 6-ci mövqeyi üzrə idxal olunan yük XİFMN-ə görə sinifləşdirilir. X3 İdarəsinin rəyinə əsasən malların "xxxx" MMC tərəfindən **********4603 sorğu nömrəli 10.06.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən XİFMN üzrə **********, ********** kodlar altında deyil, cədvəldə göstərilən XİFMN üzrə kodlar altında sinifləşdirildiyi təqdirdə "xxxx" MMC-nin idxal gömrük rüsümu ilə 2168,00 manat, ƏDV üzrə 390,00 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 2593,40 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC **********4603 sorğu nömrəli 10.06.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 2593,40 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. **********7361 sorğu nömrəli 16.08.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 1862,85 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində 00110-1704-21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 0110/1695 nömrəli 03.09.2021-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X8, protokolu müdafiə edərək, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 yazılı etiraz təqdim edərək bildirmişdir ki, şirkət tərəfindən Fransa istehsalı olan və həmin ölkənin “Alstom Transport S.A” şirkətindən alınaraq Azərbaycana idxal olunan mallar onlara istehsalçı tərəfindən təqdim edilən sənədlərə əsasən, o cümlədən İxrac Bəyannaməsində qeyd edilən X4 (XİF) Mal Nomeklaturası üzə: ********** kodu altında kodlaşdırılmış, gömrük orqanlarına qanunvericiliyə müvafiq qaydada və müddətdə bəyan edilmişdir. Həmin malların XİF Mal Nomeklaturasının müəyyənləşdirilməsi/yoxlanılması məqsədilə, XİF kodlarının müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan gömrük orqanı əməkdaşları tərəfindən X3 İdarəsinə müraciət edilmiş və AR Dövlət Gömrük Komitəsinin nəzdində fəaliyyət göstərən X3 İdarəsinin bu müraciətə olan cavab məktubunda qeyd edilmişdir ki, **********4603 sorğu nömrəli 10.06.2021-ci il tarixli Gömrük Bəyannaməsində bəyan edilən ********** və ********** kodu ilə deyil, XİFMN üzrə **********,********** kodları altında sinifləşdirildiyi məlum olmuşdur. Bundan sonra Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, inzibati araşdırma aparılmış və 08 sentyabr 2021-ci il tarixli 00100-1725/21 saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparan gömrük orqanı tərəfindən iş üzrə araşdırma aparılarkən və inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Şəxs MMCyə inzibati xəta haqqında icraatın başlanması barədə heç bir məlumat verilmədikdən, şirkət AR İnzibati Xətalar Məcəlləsinin 61-ci və 100-cü maddələrinə uyğun olaraq inzibati araşdırmada iştrak etmək, sübutları təqdim etmək, inzibati xəta haqqında protokolla tanış olmaq və surətini almaq hüquqlarından məhrum edilmişdir. Gömrük orqanı tərəfindən hüquqi şəxsin nümayəndəsi qismində inzibati icraata cəlb edilmiş və izahatı alınmış Əlilli Sənan Sənail oğlunun müvafiq etibarnaməsi və səlahiyyətləri olmadıqdan, o hüquqi şəxsin nümayəndəsi qismində inzibati xəta haqqında iş üzrə icraatda iştrak edə bilməmişdir. Belə ki, Şəxs MMC tərəfindən verilmiş 05 yanvar 2020-ci il tarixli Etibarnaməyə əsasən "xxxx" MMC-nin nümayəndəsi X9 yalmz şirkətin ünvanına daxil olan yükləri və müşayiət edən yük sənədlərin təhvil alınmasını və göndərilməsini və digər gömrük əməliyyatlarının aparılması ilə bağlı rəsmləşdirmə, sənədləşdirilmə və hesablaşma işlərinin həyata keçirilməsi səlahiyyətlərinə malikdir. AR İnzibati Xətalar Məcəlləsinin 64.1 .-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat apanlan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2,-ci maddəsinə müvafiq olaraq qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. X12 "xxxx" MMC-nin işçisi olmadığından və ona qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq səlahiyyətlər verilmədikdən, onun izahatı da məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməzdir. Şəxs MMC -nin adma idxal edilən yükün gömrük rəsmiləşdirilməsi zamanı XİF kodunun X3 İdarəsi tərəfindən digər kodlar altında sinifləşdirildiyi məlum olduqdan sonra, şirkət tərəfindən 01.09.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müvafiq Ərizə ilə müraciət edilmiş, malların kodunun X3 İdarəsi tərəfindən fərqli göstərilməsi nəticəsində yaranmış əlavə gömrük ödənişlərinin ödənilməsinə hazır olduğu bildirilmiş, müvafiq ödənişlər edildikdən soma mal sərbəst dövriyyəyə (bəyannamə tipi 40) buraxılmışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən nədənsə hər-hansı bir araşdırma apanlmadan, Şəxs MMC -yə idxal olunan mal bəyan edilərkən hansı sənədlər əsasında bəyannamədə XİF..kodunun ********** qeyd edilməsi barədə sonuncuya rəsmi sorğu göndərilmədən, 08 sentyabr 2021-ci il tarixdə “İnzibati xəta haqqında” 00100- 1725/21 saylı Protokol tərtib edilmiş və eyni tarixdə 00100/1718-saylı “İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə” Qərardad qəbul edilərək bu Qərardadda şirkət tərəfindən AR İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinin sübuta yetirildiyi qeyd edilmişdir. X3 İdarəsi tərəfindən Rəy verilərkən adı gedən mal Şəxs MMC tərəfindən bəyan edilərkən hansı müşahidə sənədlərinə əsasən sinifləşdirildiyi və hansı sənədlərə əsasən sinifləşdirilməli olan kod ilə deyil digər kod altmda malın bəyan edildiyi, əslində hansı müşahidə edilən rəsmi sənədlərə istinad edilməli olunduğugöstərilməmiş, ümümiyyətlə Mərkəzi Ekspertiza İdarəsinin özü belə hansı sənədə əsasən malı ilkin olaraq bəyan edildiyi kimi XİF kodu ilə deyil özlərinin təqdim etdikləri kod ilə sinifləşdirdiyi məlum deyildir. Şəxs MMC tərəfindən mal bəyan edilərkən müşahidə edilən sənədlərdən, o cümlədən istehsalçı ölkə olan Fransada tərtib/qəbul edilmiş rəsmi ixrac bəyannaməsindən də göründüyü kimi, malın həqiqi ilkin kodu 90318... sinfinə aid olmuşdur və bu kodlar da Dövlət Gömrük Komitəsinin rəsmi saytından çıxarışda tarif dərəcəsinə görə idxal rüsumu sıfır (0) dərəcə ilə müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2593,40 (iki min beş yüz doxsan üç manat, qırx qəpik) manat gömrük ödənişləri məbləğinin yetmiş faizi məbləğində, yəni 1815,38 (min səkkiz yüz on beş manat, otuz səkkiz qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar