Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1847/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin 05 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin 05 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 mart 2023-cü il tarixində saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 476 nömrəli DYP ekipajı tərəfindən saxla əmri verilmişdir. İnspektorlar onun qanuni duman rejimində işləyən LED lampalarına irad bildirdilər. O, sübut olunaraq cərimə yazılmağını tələb etdi. DYP ekipajı tərəfindən heç bir sübut olmadığı halda ona LED lampaya aidiyyatı olmayan 342.2-ci maddəsi ilə İXP ******* nömrəli qərarla 150 manat cərimə yazıldı. Daha sonra polis kapitanı X3 qanunsuz onun nəqliyyat vasitəsini müsadirə edərək cərimə meydançasına yerləşdirmişdir. Ona görə də Bakı şəhər DYPİ-nin 05 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 və inzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, duman işıqları əsas xarici işıq kimi sayılmır, ona görə protokol tərtib oluna bilməz. Onun maşınının markasında artıq istehsal olunmur, məcbur olaraq işlənmiş maşınların ehtiyat hissəsindən istifadə edərək, fərqli deyil, eyni növ LED işıq qoymuşdur. Qanunda bu nəzərdə tutulmayıb. O, LED işıqlarını nizamlamış, hər hanısısa təhlükə yaratmır. Satışda olmadığından məcburən işlənmiş maşının hissəsini yerləşdirməli olmuşdur. Şikayətini müdafiə edərək Bakı şəhər BPİ DYPİ-nin 05 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinin xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi Nümayəndə, şikayətə etiraz edərək bildirdi ki, 13 mart 2023-cü il tarixində X5 idarə etdiyi ** TJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 150 manat məbləğində cərimə olunmuşdur. Qərar qanuni və əsaslıdır. X2 törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqa zidd hərəkətlərə yol verilməmişdir. Belə ki, qanunvericilikdə təsbit olunmuşdur ki, avadanlıq normativ tələblərə cavab verməlidir. Yəni avadanlığın hissəsi başqa növlə dəyişdirilməməlidir. X2 istismar etdiyi nəqliyyat vasitəsinin ehtiyat hissələri satış məntəqələrində mövcuddur. Burada əsas məsələ avadanlığın standartlara uyğun olmasıdır ki, digər şəxslərə ziyan vurmasın. LED işıqların ayrıca qadağan olunmasına ehtiyac yoxdur, əgər ehtiyat hissə zavod tərəfindən istehsal edilməyibsə, onun yerləşdirilməsi qadağandır. İşıqların başqa növdə olması müəyyən yol hərəkətində iştirakçıların diqqətinin yayınması kimi təhlükəli anlar yarada bilər. LED işıqlar ümumi istifadə üçün nəzərdə tutulub, lakin zavoddan çıxdığı növ hallogen idi. Bundan əlavə, dəyişdirilmə qanunauyğun şəkildə olmalıdır. Odur ki, X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ DYPİ-nin 05 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 13 mart 2023-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində X5 idarə etdiyi ** TJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmuşdur. “Yol hərəkəti haqqında” qanunun birinci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Qanunun ikinci bəndinə görə nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Həmin Qanunun 3-cü bəndinin Qeyd hissəsinə əsasən istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Həmin Qanunun beşinci bəndinə görə istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Göründüyü kimi, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq qanunla qadağan edildiyi halda X5 idarə etdiyi ** TJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtomobildə zavod tərəfindən istehsal edilməyən xarici işıq cihazları yerləşdirməklə texniki və normativ tələblər pozulmuşdur ki, bu hal X5 tərəfindən Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də X5 barəsində Bakı şəhər BPİ DYPİ-nin 05 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin 05 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1847/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1847/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver