Məhkəmə qərarları › İş №3(009)-1848/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1848/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1848/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA 0610807, BNA 1944264, BNA 2011070, BNA 2050521, BNA 0681834, BNA ******* VƏ BNA 17955098 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA 0610807, BNA 1944264, BNA 2011070, BNA 2050521, BNA 0681834, BNA ******* VƏ BNA 17955098 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA 0610807, BNA 1944264, BNA 2011070, BNA 2050521, BNA 0681834, BNA ******* VƏ BNA 17955098 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayəti ona geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş şikayət və ona əlavə edilmiş materiallardan görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bundan əlavə hazırki şikayət ərizəsinə bir neçə inzibati tənbeh vermə haqqında qərar əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, hər bir qərardan şikayət ayrı-ayrılıqda verilməli və ayrı icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, verilmiş şikayət ərizəsi, şikayət verilmə müddəti ötürülməklə verildiyindən, ona əlavə edilmiş materiallar geri qaytarılmalı, X2 ötürülmüş müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA 0610807, BNA 1944264, BNA 2011070, BNA 2050521, BNA 0681834, BNA ******* VƏ BNA 17955098 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayəti ona geri qaytarılsın. X2 ötürülmüş müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar