Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1849/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlunun iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev məhkəməyə ərizə göndərərək Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən tərtib edilərək baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlu protoklun geri qaytarılmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair məhkəməyə təqdim olunmuş inzibati xətaya dair protokolun baxılmadan geri qaytarılmasına dair ərizə verildiyindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 106, 109 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib edilmiş protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qaytarılsın. Hakim Ülviyyə Şükürova İş № 3(009)-2545/2024 MƏHKƏMƏ İCLASİNİN P R O T O K O L U SƏBAİL RAYON MƏHKƏMƏSİ 11 dekabr 2024-cü il Bakı şəhəri Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 14:40-da məhkəmə iclasını açıq elan edir və hansı işə baxıldığını bildirir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X15 gəlmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmişdir. Sədrlik edən məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilib-keçirilməməsi barədə proses iştirakçısının fikrini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X15: – Hörmətli sədr, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakının təmin edilməsi üçün məhkəmə iclasını təxirə salınmasını xahiş edirəm. Sədrlik edən e-məhkəmə sistemi vasitəsilə daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş orqan - 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin ərizəsini elan edir və iş materiallarına əlavə olunur. Məhkəmə yerində müşavirə edərək qərara alır: Vəsatət təmin edilsin və məhkəmə iclası 18 dekabr 2024-cü il tarixə saat 14:30-a təyin olunsun. Məhkəmə iclasını 14:45-də bağlı elan edir. Məhkəmə iclas protokolu 11 dekabr 2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: İclas katibi: İş № 3(009)- 2545/2024 MƏHKƏMƏ İCLASİNİN P R O T O K O L U SƏBAİL RAYON MƏHKƏMƏSİ 18 dekabr 2024-cü il Bakı şəhəri Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 14:30-da məhkəmə iclasını açıq elan edir və hansı işə baxıldığını bildirir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X15 gəlmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmişdir. Məhkəmə yerində müşavirə edərək qərara alır: İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakının təmin edilməsi üçün məhkəmə iclası 25 dekabr 2024-cü il tarixə saat 14:30-a təxirə salınsın. Məhkəmə iclasını 14:35-də bağlı elan edir. Məhkəmə iclas protokolu 18 dekabr 2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: İclas katibi: İş № 3(009)- 2545/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Səbail rayon Məhkəməsi 25 dekabr 2024-cü il Bakı şəhəri Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 14:30-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X14, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X15 məhkəmə iclasına gəlmişlər. Sədrlik edən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi: X15 – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili, order0432785 İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi : X14 - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclasının katibini elan edir, hakimə və məhkəmə iclasının katibinə etiraz etmək hüququnu, həmin etirazın edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinə izah edir və etirazların olub-olmamasını aydınlaşdırır. Etiraz daxil olmur. Sədrlik edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 verir. X14: - Möhtərəm hakim, protokol və aktda göstərildiyi kimi şikayətçilər tərəfindən 25 oktyabr 2024-cü il tarixdə şifahi müraciət edilmiş və həmin gün monitorinq keçirilmişdir. Lakin yoxlama 28 oktyabr 2024-cü il tarixdə keçirilmiş və akt həmin gün tərtib edilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, həmin ərazidə səs-küy çirklənməsi 65,8 dBA (norma- 60,00 dBA) təşkil edir və bu ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. "xxxx" MMC barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. FGF Group” MMC-nin vəkili s/c inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi - Restorandan şikayət ilkin olaraq Nazirlik vasitəsilə daxil olmuş, birbaşa rəhbərlik vasitəsilə biz məlumatlandırılmışıq. - Şikayətçilər (X5 və ..) yazılı ərizə yazmışlar, yoxlamanı 28 oktyabr tarixində keçirmişik. - Ölçmə cihazının sertifikat kağızı hazırda məndə yoxdur. Sədrlik edən s/c inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi - Şikayətçilərin yaşadığı binanın pəncərələri birbaşa “ Balagan “ restoranına baxır. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X13 söz verir. "xxxx" MMC-nin vəkili X15 - Möhtərəm hakim, əvvəlcə 25 oktyabr tarixində yoxlama baş tutub, pozuntu aşkar olunmasa da, akt tərtib olunmayıb. Pozuntu olmadığı halda yenidən 3 gün sonra, 28 oktyabr tarixində yoxlama aparılması qərəzli mövqe doğurur. Bizim restorandan başqa yaxında daha 3 restoran var. Səsin təkcə bizim restorandan gəlməsinin müəyyən olunması qeyri – aşkar olaraq qalır. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X14: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi Nümayəndə1 çağırılmasını və X16 Monitorinq İdarəsi Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin operativ monitorinq qrupunun mühəndisi X4 iş üzrə şahid qismində məhkəmə iclaısna çağırılıb dindirilməsini xahiş edirəm. Vəsatətə etiraz daxil olmadı. Məhkəmə yerində müşavirə edərək qərara alır: Vəsatət təmin edilsin və məhkəmə iclası 22 yanvar 2025-cü il tarixə saat 15:00-a təyin olunsun. Məhkəmə iclasını 14:45-də bağlı elan edir. Məhkəmə iclas protokolu 25 dekabr 2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: İclas katibi: İş № 3(009)-2/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Səbail rayon Məhkəməsi 22 yanvar 2025-cü il Bakı şəhəri Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 15:00-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə1 gəlmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X15, iş üzrə X1 məhkəmə iclasına gəlmişlər. Sədrlik edən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi: X15 – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili, order0432785 İnzibati xəta haqqında protokolu tərtib edən şəxs: Nümayəndə1 - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclasının katibini elan edir, hakimə və məhkəmə iclasının katibinə etiraz etmək hüququnu, həmin etirazın edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinə izah edir və etirazların olub-olmamasını aydınlaşdırır. Etiraz daxil olmur. Sədrlik edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nümayəndə1 söz verir. Nümayəndə1: - Möhtərəm hakim, inzibati xəta haqqında protokolu müdafiə edirəm və "xxxx" MMC barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. "xxxx" MMC-nin vəkili s/c inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi - Oktyabrın 25–i bizim idarənin sektor müdirinə ( ***-***-**-** ) və ya 168 Çağrı Mərkəzinə zəng daxil olub. - 28 oktyabr tarixli yoxlama zamanı “X10 haqqında” qanununun və Prezidentin 796 №-li Fərmanının tələbləri pozulub. - Oktyabrın 25–i ölçmə prosesi pozuntu olmadığına görə rəsmiləşdirilməyib. - Oktyabrın 28–i şikayət verən vətəndaşların şəxsiyyət eyniləşdirilməsi aparılıb. Sədrlik edən s/c inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oktyabrın 25–i daxil olmuş şikayət üzrə həmin gün yoxlama aparılıb və heç bir pozuntu aşkar olunmayıb. - Oktyabrın 28-i olan yoxlamanın əsasını isə həmin ayın 26 və 27 –si restoranın yaxınlığında olan binada yaşayan vətəndaşların kollektiv( beş nəfər) şəkildə olan müraciəti təşkil edir, həmin vətəndaşların izahatları da alınıb, hətta məhkəmədə iştirak etməyə də razı idilər. - Oktyabrın 28-i olan yoxlamada restoranda səs normadan artıq müəyyən olundu. - Video çəkiliş zamanı "xxxx" MMC-nin meneceri də iştirak edib. - Şikayət olmasa belə, mənim ətraf mühitin monitorinqi aparma vəzifə səlahiyyətim vardır. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X13 söz verir. "xxxx" MMC-nin vəkili X15 - Möhtərəm haim, səs-küylə bağlı şikayət 28 oktyabr 2024-cü il tarixdə daxil olmasına baxmayaraq yoxlama 25 oktyabr 2024-cü il tarixdə aparılmışdır. Halbuki 25 oktyabr 2024-cü il tarixdə restoranlarından səs gəlməmişdir. Həmin ərazidə başqa 2 restoranda var. Səsin oradan gəlmədiyi, məhz “Balagan” restoranından gəldiyi necə müəyyən edildiyi məlum deyil. Yoxlanış qeyri-rəsmi qaydada keçirilmişdir. Əgər yoxlama 25 oktyabr 2024cü il tarixdə keçirilmişdirsə, niyə 28 oktyabr 2024-cü il tarixdə təkrar yoxlanış keçirilmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən 05 yanvar 2025-ci il tarixli e-məhkəmə sistemi vasitəsilə yerləşdirilmiş "xxxx" MMC-nin vəkili X11 vəsatətini elan edir. Vəsatətdə məhkəmə iclası zamanı inzibati tənbeh tədbiri tətbiq etmiş orqanın səlahiyyətli nümayəndəsi suallara cavab verən zaman bildirmişdir ki, 25 noyabr tarixində onların rəhbərliyinə zəng olunmuş və bundan sonra onlar tərəfindən həmin gün monitorinq aparılmışdır. Sonradan həmin şəxs öz səhvini düzəltməyə çalışaraq bildirmişdir ki, guya zəng rəhbərliyə deyil qaynar xəttə olmuşdur. Bundan başqa guya sakinlər tərəfindən şikayət də onlaraa 28 noyabr tarixində daxil olmuşdur. Cavabdeh qurumun qısa müddət ərzində, hətta demək olar ki, dərhal şikayətə reaksiya verməsi bizdə şübhə doğurur və əslində yoxlamanın sifarişçli şəkildə qərəzli olaraq aparılmasına şübhələr vardır. 25 oktyabr və 28 oktyabr tarixlərində ehtimal edilən telefon zənginin səs yazısını və ümumilikdə daxil olmuş şikayətlər bağlı telefon zəngi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi barədə sorgu verilməsi xahiş edilmişdir. Məhkəmə yerində müşavirə edərək qərara alır: Konkret əsaslar olmadığından vəsatət təmin olunmasın. Daha sonra məhkəmə iclasına şahid dəvət olunur. Sədrlik edən şahidin şəxsiyyətini aydınlaşdırır. Şahid X8 - xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, X16 Monitorinq İdarəsi Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin operativ monitorinq qrupunun mühəndisi, evli, Baki, Binəqədi, Rəsulzadə qəs., F.Rüstəmov küç.16 ünvanında qeydiyyatda olan, Sədrlik edən şahidə izah edir ki, o, doğru izahatlar verməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında X6 xəbərdarlıq edilir, ondan müvafiq iltizam alınır və bundan sonra sədrlik edən şahidə söz verir X1: - Möhtərəm hakim, Nazirliyin mətbuat xidməti və çağrı mərkəzi var. 25 oktyabr 2024cü il tarixdə axşam saatlarında şikayətçilər tərəfindən zəng vasitəsilə şifahi şəkildə müraciət edilmiş və həmin gün ətraf mühitin mühafizə monitorinqi keçirilmişdir. Montorinq keçirilən gün musiqinin səsi azaldılmışdır. 26 və 27 oktyabr 2024-cü il tarixlərdə yenidən şikayət daxil olduğu üçün “Balagan” restoranın rəhbəri X7 və şikayətçilərin iştirakları ilə 28 oktyabr 2024-cü il tarixdə yoxlama keçirilmiş və ölçmə aparılmışdır. "xxxx" MMC-nin vəkili s/c şahid - Ölçmə üçün ilk restoranın mühafizəsinə məlumat verildi. (25 oktyabr tarixli yoxlama ) - Vətəndaşı narahat edən səs restoranın hansı hissəsində müəyyən olunsa, orda ölçmə aparılır ( təxmini 3-5 metr məsafədən )və pozuntu aşkar olunmadı. (25 oktyabr tarixli yoxlama ) "xxxx" MMC-nin vəkili s/c inzibati xəta haqqında protokol tərtib etmiş şəxs : - Ortaq şikayətlər daxil olanda müəyyən saat müəyyənləşdirib, X16 Monitorinq İdarəsi Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin əməkdaşı ilə monitorinq və yoxlama təşkil olunur. - 28 oktyabr yoxlama zamanı restoran rəhbəri Qulam müəllimə şəxsən məlumat vermişəm, konsert olduğundan özü iştirak edə bilmədi, menecer də video – çəkilişdə iştirak edib. Sədrlik edən s/c şahid: - Yazılı və şifahi şikayətlər olanda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə yoxlama keçiririk. - 28 oktyabr tarixində ölçmə təxmini axşam saat 10 radələri olardı. - Ölçmə vaxtının önəmi yoxdur, ( norma - 60,00 dBA) olmalıdır. - Akt tərtib olunanda şikayət verən vətəndaşların izahatları alınır, imzaları alınır. Məhkəmə müşavirə otağına gedir. Qayıtdıqdan sonra qərarı elan edir, qərardan şikayət verilmə qaydasını və müddətini izah edir. Məhkəmə iclası bağlı elan edilir. Məhkəmə iclası saat 15:20-də başa çatdı. Protokol 22 yanvar 2025-ci il tarixdə tərtib edildi. Sədrlik edən Katib AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, M.Useynov küçəsi 5 tel: 491-20-67: faks: 491-32-15 AZ 1003 www.sabailcourt.gov.az № 3(009)-1339/2022 28 sentyabr 2022-ci il 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Bakı ş., S.Bəhlulzadə küç, 132 Səbail Rayon Məhkəməsinin 3(009)-1339/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Hakim Ülviyyə Şükürova № 3(009)-1339/2022 28 sentyabr 2022-ci il 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Bakı ş., S.Bəhlulzadə küç, 132 Səbail Rayon Məhkəməsinin 3(009)-1339/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Hakim Ülviyyə Şükürova İş № 3(009)-1339/2022 QƏRARDAD 07 sentyabr 2022-ci il Bakı şəhəri Mən, Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Səbail Rayon Məhkəməsinə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş daxil olmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, ümumi və digər halların araşdırılması, işin obyektiv baxılması üçün müddətin uzadılması zərurəti vardır. Azərbaycan Respublikası İXM-nin 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 111-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM : "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxılması 15 (on beş) gün müddətinə uzadılsın və məhkəmə iclası 14 sentyabr 2022-ci il tarixə saat 15:00-a təxirə salınsın. Hakim Ülviyyə Şükürova İş № 3(009)-1339/2022 İCRA VƏRƏQƏSİ 28 sentyabr 2022-ci il Bakı şəhəri SƏBAİL RAYON MƏHKƏMƏSİ "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinərək barəsində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-2708/2022 saylı qərarı ilə 10 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si: "xxxx" MMC Bakı ş, Suraxanı ray., Yeni Suraxaı ŞTQ, Mərkəzi ev 38A VÖEN ********** Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si: X3 İcra vərəqəsi 22 noyabr 2022-ci il tarixdə verilmişdir. Hakim Ülviyyə Şükürova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Ünvan: AZ 1003 Bakı şəhəri, tel: 491-20-67: faks: 491-32-15 M.Useynov küçəsi 5 www.sabailcourt.gov.az İş № 3(009)-1339/2022 22 noyabr 2022-ci il Suraxanı rayon İcra Şöbəsinə Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 3(009)-1339/2022 saylı icra vərəqəsi icra edilməsi üçün göndərilir. Qoşma: icra vərəqəsi, qərarlar Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1849/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1849/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver