Məhkəmə qərarları › İş №3(009)-185/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-185/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-185/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 yanvar 2021-ci il tarixli 00100-0053/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 03 iyun 2021-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, idxal edilmiş mallar göndərən şirkətin təqdim etdiyi mal müşayiət sənədləri invoys, ixrac bəyannaməsi əsasında gömrük orqanına bəyan edilmişdir. Belə ki, mal müşayiət sənədləri olan invoys, CMR, mənşə sertifikatı və ixrac gömrük bəyannaməsində hansı kodla mallar göndərilibsə həmin kodları bəyan etmişlər. Lakin rəsmiləşdirilmə zamanı XİF MN üzrə kodun düzgün bəyan edilmədiyi, nəticədə əlavə gömrük ödənişlərinin yarandığı məlum oldu. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına 31NP438/31AEZ050 nömrəli nəqliyyat vasitəsi ilə A-20.221 saylı 27.10.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3538 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “842199 0000” saylı kod altında “X6 X1” yükü XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200- 012/003-25/000033 saylı 07.01.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİyə göndərilmiş sınaq protokoluna əsasən A-20.221 saylı 27.10.2020-ci il-ci il tarixli invoys üzrə idxal olunan X6 X1ı 8421 21 000 9 alt yarımmövqeyində sinifləşdirilir. Bu halda **********3538 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək idxal gömrük rüsumu 11144.18 AZN, ƏDV 2005.95 AZN, Elektron gömrük xidməti haqqı 30.00, Elektron gömrük xidməti üzrə ƏDV 5.40 təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 30 dekabr 2020-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində Türki Respublikasında fəaliyyət göstərən “X4 X2 S; Ve Tic A.S” şirkətindən 31NP438/31AEZ050 nömrə nişanlı avtomobil ilə idxal edilmiş mal **********3538 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəvan etdiyi zaman 2 ədəd, netto çəkisi 3820 kq olan X6 qurğusunun mexaniki avadanlıq yükünü 8421 21 000 yarımmövqevində sinifləsdirməli olduğu halda, 8421 99 000 0 yarımmövqevində sinifləşdirər ödənilməli olan: 11144,18 manat idxal rüsumu, 2005,95 manat əlavə dəyər vergisi, 30.00 manat elektron gömrük xidməti haqqı və 5.40 manat elektron gömrük xidməti üzrə əlavə də) vergisindən, ibarət olmaqla cəmi 13185.53 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Belə ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/000481 nömrəli 07.01.2021-ci il tarixli raportda qeyd olunmuşdur ki, Türkiyə ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanı 31NP438/31AEZ050 nömrəli nəqliyyat vasitəsi ilə A- 20.221 saylı 27.10.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3538 sorğu nömrəli 30.12.2020-ci il tarixli qömrük bəyannaməsi ilə gömrük orqanına bəvan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üz “842199 0000” saylı kod altında “X6 X1” yükü XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-012/003-25/000033 saylı 07.01.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş ekspert rəyinə əsasən 20.221 saylı 27.10.2020-ci il-ci il tarixli invovs üzrə idxal olunan “X7 X1ı 8421 21 000 9 alt yarımmövqevində sinifləsdirilir. Bu hal **********3538 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək idxal gömrük rüsumu 11144.18 AZN, ƏDV 2005.95 AZN, Elektron gömrük xidməti haqqı 30.00, Elektron gömrük xidməti üzrə ƏDV 5.40 təşkil edir. Araşdırma zamanı məlum olmuşdur ki, Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanı 06GA1461/61QF0634 nömrəli avtomaşınla. A-20.234 savlı 11.11.2020-ci il tarixli invovs sənədi daxil olmus yüklər **********3517 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsi gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı gömrük bəyannaməsinin 2 mal mövqeyində XİF MN üzrə “842199 0000” saylı kod altında 5 %-li gömrük rüsumu dərəcəsi bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildiyinin müəyyən edilmiş məqsədilə 1400-012/004-25/000018 saylı 04.01.2021-ci il tarixli məktubla X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/003-25/000035 ss 07.01.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş ekspert rəyinə əsasən 20.234 saylı 11.11.2020-ci il tarixli invoysun 3,5 mövqeləri üzrə idxal olunan malların XİF MN üzrə “842121 0009” saylı kod altında sinifləsdirildiyi, yəni 15%-li gömrük rüsumu dərəcəsi ilə gömrük ödənişlərində cəlb edilməli olduğu, nəticədə, **********3517 sorğu nömrəli 30.12.2020-ci il tar gömrük bəyannaməsi üzrə bəyan edilmiş yüklərə görə Şəxs MMC tərəfindən idxal gömrük rüsumu üzrə 3820.51 azn, ƏDV üzrə 687.69 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn. elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn olmaqla ümumilikdə 4543,60 azn əlavə gömrük ödənişlərin ödənilməli olduğu məlum olmus, 11 yanvar 2021-ci il tarixdə ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi ss "xxxx" MMC barəsində inzibati xəta haqqında is üzrə icraatın başlanılması vurulmuş zivanı tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xəta Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 13185.53 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 13185,53 (on üç min bir yüz səksən beş manat əlli üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş ) faizi məbləğdə, yəni 9230 (doqquz min iki yüz otuz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar