Məhkəmə qərarları › İş №3(009)-185/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-185/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-185/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialı məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş İXP ******* saylı, 09.01.2022-ci il tarixli protokolda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati X1 Məcəlləsinin 342.8-ci maddəsinin tələbləri pozulduğu göstərilmişdir. Bununla belə inzibati xəta haqqında protokola iş materiallarından zəruri çıxarışlar, o cümlədən hadisə yerinin sxemi, fotoşəkilləri, avtomobilə baxış keçirilməsi protokolu, zərərçəkmiş şəxs barəsində məlumatlar və xəsarətin dərəcəsini təyin edən məhkəmə tibbi ekspertizasının rəyi əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar