Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-185/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X8, Bakı şəhəri Şəxs nümayəndəsi HGNS Kaunsilor Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Bakı şəhəri Şəxs (VÖEN:**********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5, ünvan 1 ünvanında yerləşən Şəxsndə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də xx.xx.2024xx.xx.2024-cü il tarixlərində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X14, Bakı şəhəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhəri Şəxs nümayəndəsi HGNS Kaunsilor Vəkil Bürosunun vəkili Vəkil etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhər Şəxs və X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən T.Səmədova həmin məktəbdə Azərbaycan bölməsində tarix müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli, 127nömrəli əmrinə əsasən T.Səmədovanm əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əmək müqaviləsinə xitam verilmişdir. T.Səmədova 132-134 №li Təhsil Kompleksinin X1 rəhbəri olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-1-710K/2624 nömrəli, 06 sentyabr 2024-cü il tarixli əmrinə əsasən 132-134 №li Təhsil Kompleksinin təlim -tərbiyə işləri üzrə direktor müavini İlahə Həsənliyə 1 ay müddətinə direktor vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq həvalə edilmişdir. T.Səmədova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət edərək 2024-cü ilin 16-23 sentyabr tarixlərində əmək müqaviləsi olmadan 132-134 №li Təhsil Kompleksində dərs dediyini və beləliklə müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edildiyini bildirmiş və pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmişdir. T.Səmədova iş yoldaşları Hüriyyə Babayeva, Dilşad Cavadova və X7 Əmək Müfəttişliyi Xidmətinin adına izahatlar alaraq həmin xidmətə təqdim etmişdir. Hər üç izahat eyni məzmunlu olmuş və izahatlarda qeyd edilmişdir ki, “tarix müəllimi X5 16-23 sentyabr 2024-cü il tarixdə məktəbdə işdə olmuş və ona ayrılmış siniflərdə dərs demişdir". T.Səmədovamn müraciəti əsasında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən araşdırma aparılaraq əmək müfəttişi Səlimə Quliyeva tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və MN № ******* nömrəli qərardadla Şəxs barəsində tərtib edilmiş protokol və digər materiallar Səbail Rayon Məhkəməsinə göndərilmişdir. X9 Xidməti tərəfindən araşdırma hərtərəfli aparılmamış, müvafiq vəzifəli şəxslərin iş üzrə izahatları alınmamış, hətta araşdırma materiallarına əlavə edilmiş Şəxs müəllimləri Hüriyyə Babayeva, Dilşad Cavadova və Dölət Abdullayevanın izahatlarının həqiqiliyi və etibarlılığı yoxlanmamışdır. Hazırki etiraza əlavə edilmiş Dilşad Cavadova və Dölət Abdullayevamn (Hüriyyə Babayeva işdə olmadığı üçün onun izahatı barədə məlumat əldə etmək mümkün olmamışdır) Səbail Rayon Məhkəməsinə ünvanlanmış müraciətlərindən göründüyü kimi X9 Xidmətində heç bir zaman olmamışlar, X9 Xidmətinin Əməkdaşlarını görməmişlər, izahatları, iş yoldaşları T. Səmədovanın xahişi və diktəsi ilə yazmışlar. İzahatı yazarkən həmin izahat əsasında T. Səmədovanın işə bərpa oluna biləcəyinə inanmışlar. İzaaht yazan müəllimlərin heç biri T. Səmədovanın Məktəbin rəhbərliyi tərəfindən təsdiq edilmiş dərs cədvəlində adını görməmişlər, onun konkret hansı sinfə dərs demələrinin şahidi olmamışlar. T. Səmədova və Şəxs arasında mövcud olmuş əmək müqaviləsinə xitam verilmədən öncə T. Səmədova həmin məktəbdə uzun müddət tarix müəllimi olmaqla yanaşı, sinif rəhbəri və X1 rəhbəri vəzifəsində çalışmışdır. 2023-2024-cü təhsil ili bitdikdən sonra T. Səmədovanın da əmək müqaviləsinə xitam verilsə də T. Səmədovanın X1 rəhbəri vəzifəsinin icrası ilə bağlı sənədlər yeni rəhbərə təqdim edilmədiyi üçün T. Səmədovanın Şəxsnə gəlməsi təbiidir. Lakin T. Səmədovanın X1 rəhbəri kimi məktəbə gəlməsi onun əmək müqaviləsi üzrə əmək funksiyalarının icrası kimi qiymətləndirilə bilməz. Bundan əlavə, ola bilər ki, T. Səmədova əvvəllər sinif rəhbəri olduğu sinfə girərək uşaqlarla görüşmüş, onlara nəsihətlər etmiş, yaxud məktəbdə olan keçmiş iş yoldaşları ilə görüşmüşdür. Lakin, iş materiallarında olan heç bir dəlil T. Səmədovanm dərs deməsi və əmək müqaviləsi üzrə funksiyalarının icrası faktını təsdiq etmir. 2024-2025-ci tədris ilinin İ Yarım ili üzrə dərs cədvəli, eləcə də müəllimlərin dərs bölgüsü inzibati iş materiallarına əlavə edilməmişdir. Bu etiraza əlavə edilən Şəxs 16 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş müəllimlərin dərs bölgüsü haqqında və 2024-2025-ci tədris ilinin İ Yarım ili üzrə Azərbaycan bölməsinin dərs cədvəlində T. Səmədovanm adı qeyd edilməmiş, T. Səmədova müəllim kimi işə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə əsasən “Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər iizrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir”. Bunların nəzərə alınıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, izahatında bildirmişdir ki, o, müddətsiz müqaviləsinə xitam verilib, ona xəbərdarlıq edilməyib və o işə çıxıb. Bir həftədən çox dərsə girib. Həmkatrların sədri olaraq demişdir ki, 18 saat dərs bəsidir. Sentyabrda dərs cədvəli hazır olmuşdur. 11C sinifinin rəhbəri olmuşdur. Uşaqlara kitabları paylayıb, qol çəkdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, izahatında bildirmişdir ki, o, riaziyyat müəlliməsidir, həmin tarixdə məktəbdə olmuşdur, tarix müəllimi X5 16-23 sentyabr 2024-cü il tarixdə məktəbdə işdə olmuş və ona ayrılmış siniflərdə dərs demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, izahatında bildirmişdir ki, o, həmin məktəbdə biologiya müəllimi işləyir, tarix müəllimi X3 16-23 sentyabr 2024-cü il tarixdə məktəbdə işdə olduğunu görmüş, dərs yükü olmuş və ona ayrılmış siniflərdə dərs demişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, X5 ilə Bakı şəhəri Şəxs arasında işçi işəgötürən münasibətləri olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (5-ci hissə); əmək müqaviləsi bildirişi isə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir 5-1ci hissə); - 7-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Şəxs (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Bakı şəhəri Şəxs (VÖEN:**********) tərəfindən işlərinin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-185/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-185/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver