Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1853/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.0.2-ci və 447.0.9-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.0.2-ci və 447.0.9-cu maddələri ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən “Əli və Nino” kitab mağazası tərəfindən xx.xx.2022-ci il tarixdə istehlakçı hüquqların məhdudlaşdırılması, dəyişdirilmə, qaytarılma qaydalarının pozulması baş vermişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək, eyni zamanda inzibati xəta haqqında protokol tərtib edilərkən yanlışlığa yol verildiyini və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddələri ilə yanaşı səhvən 444.0.2-ci maddəsinin pozuntusunun olmasının qeyd edildiyini bildirərək, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 protokola etiraz edərək, protokolla razı olmadıqlarını, istehlakçının hüquqlarını məhdudlaşdırılması halı olmadığını, sistemdə baş vermiş texniki xəta nəticəsində müştəriyə 2 ədəd çek verildiyini, daha sonra texniki cəhətdən səhv verilmiş çekin dəyişdirildiyini bildirmişdir. Səhv verilmiş çeklə bağlı məlumat daxil olduqdan sonra müştəri ilə problem həll olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan X2 istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış elektron şikayətinin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə “Dəniz Mall"da yerləşən "Əli və Nino" mağazasından çanta almış, (çek nömrəsi TKİ099999). Həmin məhsulu 14 sentyabr tarixində uyğun olmadığına görə dəyişmək istəmiş, lakin uyğun məhsul olmadığı üçün satıcıdan məhsulun ödənişinin geri qaytarılmasını tələb etmişdir. Lakin satıcı ancaq dəyişdirə biləcəyini, həmçinin malların ödənişinin yalnız 24 saat ərzində geri qaytarıla biləcəyini bildirdi. Hətta bu qeyd çeklərinin üzərində belə vardır. Nəticədə qeyd edilən mağaza tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrində nəzərdə tutulan hüquqları kobud surətdə pozulmuşdur. Bütün qeyd edilənləri nəzərə alaraq aldığı malın ödənişinin geri alınması və qanunvericiliyin tələblərini kobud şəkildə pozan şəxs və ya şəxslər barəsində müvafiq cəza tədbirləri görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TKİ099999 nömrəli çekdən görünür ki, çekin üzərində “Alınan mallar istifadə olunmayıbsa 24 saat ərzində qaytarılır; 3 (üç) gün müddətində isə dəyişdirilə bilər. Endirimli mallar dəyişdirilmir və qaytarılmır'' qeydi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "xxxx" MMC-yə ünvanlanmış məktubundan görünür ki, X1 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinin (daxil olma qeydiyyatı: A-305, xx.xx.2022-ci il) araşdırılması zamanı vətəndaş tərəfindən təqdim edilən qəbzdə satılmış malın dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktları və istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən. Azərbaycan Resoublikası İnzibatı Xətalar Məcəlləsinin 444.0.2-ci və 447.0.9-cu maddələri ilə "xxxx" MMC barəsində inzibatı xəta haqqında protokolun tərtibi nəzərdə tutulmuşdur. Sözügedən protokolun tərtib edilməsində iştirak üçün xx.xx.2022-ci il tarixində saat 1100-1300-dək nümayəndənin (şəxsiyyəti və səlahiyyətlərini təsdiq edən sənədlərlə birlikdə) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşən inzibatı binasına gəlməyi xahiş edilmiş, lakin inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, "xxxx" MMC şirkəti "Əli və Nino" kitab şəbəkəsi ilə 2016-ci ildən İC proqram təminatı üzrə əməkdaşlıq edir. "Əli və Nino" şirkəti İC proqramından çıxan qəbzdə səhv mətnin olması barəsində bizə avqust ayının sonlarında müraciət etmişdi, lakin mətnin silinməsi texniki işlər baxımından biraz zaman tələb etdiyindən sentyabr ayının 25 tarixində çekdə düzəlişlər olundu və problem aradan qaldırıldı. Hal-hazırda "Əli və Nino" kitab şəbəkəsində İC proqramından çıxan qəbzlər normal qaydada çap olunub, müştərilərə təqdim olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15cı maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 129-131-ci və 447-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1853/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1853/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver