Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1855/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə, saat 02:10-da “Vaz 21070 minik” markalı, 99MO176 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 334.1 və 332.1, 327.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbehvermə haqqında qərar X2 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərardan şikayət X2 tərəfindən deyil, barəsində heç bir inzibati tənbehvermə haqqında qərar qəbul edilməmiş şəxs X3 tərəfindən verilmişdir. Halbuki onun həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1855/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1855/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver