Məhkəmə qərarları › İş №3(009)-1856/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1856/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1856/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar 02 fevral 2021-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 20 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətində 02.02.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ona 10.09.2021-ci il tarixdə təqdim edildiyini qeyd etsə də, inzibati tənbeh vermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Səbail Rayon Məhməsinin 16.06.2021-ci il tarixli, 3(009)- 1295/2021 saylı qərardadı ilə X1 Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət geri qaytarılmışdır. Belə olan halda şikayətçi həmin inzibati tənbehvermə barədə qərarın qəbul edilməsindən məlumatlı olsa da, məhkəməyə 20.09.2021-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 02.02.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Səbail rayon Polis İdarəsinin 39-ci Polis Bölməsinin 02.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar