Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1856/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Səbail rayon DYPİ-nin 30 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Səbail rayon DYPİ-nin 30 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, cəmiyyətlərinə məxsus “Nissan Sunny minik markalı” **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında əməkdaşları X1 tərəfindən 2022-ci il tarixində idarə edildiyi zaman xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində AR İXM-İn 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalar törətmişdir. Səbail rayon DYP tərəfindən hər iki inzibati xətanın hansı fiziki şəxsi tərəfindən törədilməsinin müəyyən edilməsi ilə bağlı Cəmiyyətlərinə məktublar ünvanlanmışdır. Hər iki məktub xx.xx.2022-ci il tarixində Cəmiyyətlərinə daxil olmuşdur. Səbail rayon DYP-nın iki sorğusuna da elə həmin gün (xx.xx.2022-ci il tarixində) 22/331 saylı məktub ünvanlanmış və həmin inzibati xətaların X1 tərəfindən törədilməsi ifadə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Atlas Ekpress” sürətli poçt xidmətinin 199274 nömrəli poçt qəbzindən görünür ki, 22/331 saylı məktub xx.xx.2022-ci il tarixində əməkdaşları Z.Püstə tərəfindən göndərilmiş, xx.xx.2022-ci il tarixində isə Səbail rayon DYP-nın əməkdaşı B.Nəzərov tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsimTəsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati məsuliyyətə səbəb olur. Bununla bağlı Səbail rayon DYP tərəfindən xx.xx.2022-ci il tarixli, İXP4650198 saylı inzibati protokol tərtib edilmişdir. Yuxarıda göstərilən hallardan aydın olur ki, Səbail rayon DYP-ya vaxtında (həmin gün) məlumat verilmişdir lakin, həmin məlumatı nəzərə almamış və əsassız yerə "xxxx" ASC barəsində AR İXM-nın 347-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Səbail rayon DYP tərəfindən xx.xx.2022-ci il tarixli, İXP4650198 saylı inzibati protokolu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə şikayəti və ona əlavə edilmiş sənədlər baxlmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən halların mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Belə ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbehvermə qərarından verilmiş şikayət apellyasiya qaydasında verilməli olduğundan baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Səbail rayon DYPİ-nin 30 aprel 2022-ci il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1856/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1856/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver