Məhkəmə qərarları › İş №3(009)-1857/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1857/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1857/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkəti barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli 00100/1956 nömrəli qərardaddan görünür ki, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2025/20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Tanzaniyadan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına 99JP872/10ZJ872 nömrəli nəqliyyat vasitəsi ilə, TZAZ191128177 saylı xx.xx.2020-ci il tarixli invoys əsasında idxal edilmiş və **********0990 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 3 ədəd “neft sənayesində istifadə olunan 13-3/8 pakerlər” yüklərinə xx.xx.2020-ci il tarixində Sahil gömrük prostunun ərazisində baxış keçirilən zaman sözügedən yüklərin gömrük bəyannaməsində bəyan edilmiş 3 ədəd “neft sənayesində istifadə olunan 13-3/8 pakerlər” yükləri olduğu, lakin, bəyannamə üzrə malların ümumilikdə çəkisi 1050 kq bəyan edildiyi halda faktiki olaraq malların çəkisinin 2572 kq olduğu, yəni 1522 kq artıq olduğu məlum olmuşdur. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına 99JP872/10ZJ872 nömrəli nəqliyyat vasitəsi ilə, TZAZ191128177 saylı xx.xx.2020-ci il tarixli invovs əsasında idxal edilmiş və **********0990 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 3 ədəd “neft sənayesində istifadə olunan 13-3/8 pakerlər” yüklərinin ümumilikdə çəkisinin 1050 kq deyil, 2572 kq olmasının gömrük ödənişlərinin məbləği barədə gömrük orqanının qərarına təsir edib-etməməsi, müsbət halda əlavə gömrük ödənişlərinin məbləğinə dair Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinə məlumat verilməsi üçün tərəfimizdən 34/013/026446 saylı xx.xx.2020-ci il tarixli raportla Sahil gömrük postuna sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq daxil olmuş 34/026/026572 saylı xx.xx.2020-ci il tarixli raportda sözügedən yükün çəkisinin artıq olmasının yə gömrük ödənişlərinin məbləğinə təsir etmədiyi qeyd olunmuşdur. Nəticədə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli yoxlama haqqında protokola əsasən, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin ünvanına 99JP872/10ZJ872 nömrə nişanlı avtomaşında daxil olmuş yükə aid gömrük orqanına təqdim olunmuş **********0990 saylı GB-də yükün çəkisi 1050 kq bəyan edildiyi halda, faktiki 2572 kq, yəni 1522 kq artıqdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, bu fakt 34/026/026178 savlı xx.xx.2020-ci il tarixli raport, **********0990 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi, **-KD-***8-01-3 savlı invoys sənədi, **********9905 saylı xx.xx.2019-cu il tarixli qısa idxal bəyannaməsi, TZAZ191128177 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi, 34/026/026572 saylı xx.xx.2020-ci il tarixli raport və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, gömrük orqanına təqdim edilmiş **********0990 sorğu nömrəli xx.xx.2020ci il tarixli gömrük bəyannaməsinin 35-ci qrafasında bəyannamə üzrə malların ümumilikdə çəkisi 1050 kq bəyan edildiyi halda faktiki olaraq malların çəkisinin 2572 kq olduğu, yəni 1522 kq artıq olduğu məlum olmuşdur. Nəticədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətininhərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tərkibi var və onun 1000 (min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar