Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1863/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi ilə, X1 dəymiş zərərin ödənilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək ona dəymiş zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, DİN BDYPİ-sinin Ekologiya postunun 712 saylı yol patrul xidməti inspektoru tərəfindən İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol AR İXM-sinə zidd olaraq tərtib edilən, e-polis xidməti portalında və internet elektron informasiya sistemdə yaradılan şəxsi e- kabinetimdə saxlanması, AR CM-sinin 313-cü maddəsi üzrə məsuliyyətə səbəb olmuşdur. Bu qanuna zidd əməl xx.xx.2022-ci il tarixində AB 500360 BE,CE kateqoriyalı sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsinə səbəb olmuşdur. Cavabdeh DİN BDYPİ-sinin Ekologiya postunun 712 saylı yol patrul xidməti inspektoru tərəfindən İXP ******* saylı, xx.xx.2022-ci il tarixli ,AR İXM-sinə zidd olaraq tərtib edilən,e-polis xidməti portalında və internet elektron informasiya sistemdə yaradılan şəxsi e-kabinetində saxlanması, AR CM- sinin 313-cü maddəsi üzrə məsuliyyətə səbəb olmuşdur. AR İXM-sinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokolu üzrə dəfələrlə etdiyi müraciətləri baxılmamışdır. Həmin faktla əlaqədar olaraq, Bakı şəhəri,Səbail rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayəti üzrə xx.xx.2024-cü il tarixində İş № 3(009)-1290/2024-saylı,Bakı şəhəri Səbail rayon Məhkəməsi inzibati xəta hadisəsini təsdiq edilmədiyi üçün, 17.07. İXP ******* saylı, 2022-ci il tarixli inzibati icrata xitam vermişdir.DİN BDYPİ-sinin Ekologiya postunun 712 saylı, Yol Patrul Xidməti vəzifəli şəxsləri AR CM-sinin 306,306.1,306.2-cı maddəsi ilə məsuliyyətinə səbəb olan əməli yerinə yetirərək məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməmişdirlər.Və bununla xx.xx.2022-ci il tarixindən;xx.xx.2024-cü il tarixinə kimi,ona aşağıdakı,zərərlərin vurulmasına səbəb olmuşdurlar. Həmçinin qanuna zidd olaraq pul tələb edilməsi,AR CM-sinin müvafiq maddələri ilədə məsuliyyət yaratmışdır. Əmək fəaliyyətinin əlindən alınmasına görə 2 illik əmək zərərinə görə 22.ooo manat pul vəsaitinin ödənilməsinə,əmlaklarından istifadə hüquqlarının pozulmasına görə uğradığı 5 əmlak zərərinə görə Qeydiyyat nömrəsi ** XT ***,markası QAZ 3110 minik,qeydiyyat tarixi xx/xx/2006,buraxılış ili 1999.Qeyd: GÖMRÜK VƏSİQƏSİ-134764 ANGİ 09/01/06. N/V-si üçün zərər 8.475 AZN, Qeydiyyat nişanı: 90MX 294 Marka:MERCEDES E220 GDİ MİNİK üçün zərər 14873.45 AZN, Qeydiyyat nişanı: 10ZG849. Marka: SZAP 9327 YARİMQOŞQU üçün zərər 4820 AZN, Qeydiyyat nişanı: 10VP398,Marka: RENAULT RVİ F BA02A7 YÜK üçün zərər 8410 AZN, Belə ki,qeydiyyat nömrəsi ** MM *** markası Zil 130 76 yük üçün zərər 4620 AZN,cəmi 63.251min manat. 100 min manat 5 əmlak üzrə götürəcəyi qazancın ödənilməsi. Bu yuxarıda şərh edilən Əmək,əmlak zərəri və 5 əmlaklardan götürəcəyi qazanca görə 163.251 min manat,mənəvi zərər üçün 3.000 min manat vurulmuş zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən halların mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 ziyanın ödənilməsinə dair şikayət inzibati xəta haqqında iş üzrə qərardan şikayət qaydasında deyil mülki iddia(mülki icraat) qaydasında verilməli olduğundan, habelə şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 dəymiş zərərin ödənilməsinə dair verdiyi şikayət baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1863/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1863/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver