Məhkəmə qərarları › İş №3(009)-1863/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1863/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1863/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ay Ramazanın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* nömrəli, 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsinə dair Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 12 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ramazan Ay barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN ******* nömrəli qərar qəbul edilmişdir. Nəzərinizə çatdırım ki, həmin inzibati xəta barədə bizim heç bir məlumatımız olmamışdır və nəticədə Ramazan Ay barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli qərarda Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azd edilmiş ərazilərə iş icazəsi alınmış X5, X16, X6, X7, X17, X18 və X8 adlarına Nazirliyin "Əmək və Məşğulluq” alt sistemində əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilməsi və bununlada "xxxx" MMC-nin direktoru Ramazan Ay tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Yuxarıda göstərilən əsaslarla bağlı inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən "xxxx" MMC-nin barəsində tərtib olunmuş 28 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol bundan əvvəl Bakı şəhər Səbail Rayon məhkəmədə xx.xx.2024-cü il tarixdə baxılmış və protokolda göstərilən əsaslar öz təsdiqini tapmadığı, inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilmişdir. Həmin məhkəmə qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (Bu barədə məhkəmə qərarları ərizəyə əlavə edilmişdir) Həmin Məcəllənin 3-cü (İnzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. İXM-in 17-ci maddəsində qeyd olunmuşdur ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair" 31 yanvar 2017-ci il tarixli qərarında göstərilir ki, "Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipi xüsusi əhəmiyyətə malikdir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Yuxarıda göstərilənlərə əsasən Ramazan Ay barəsində qəbul edilmiş AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın və 3000 (üç min) manat inzibati cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək göstəmişdir ki, müvafiq əmək müqavilələri imzalanmış, eyni zamanda müvafiq tarixlərə uyğun icazələr alınmışdır. Bununla bağlı artıq bir neçə məhkəmə qərarı da mövcuddur. Göstərdiklərini nəzərə alaraq inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 12 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 12 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Qarabağ və Şərqi Zəngəruz rayonunda X5, X16, X6, X7, X17, X18 və X8 adlarına Nazirliyin “Əmək və Məşğulluq” alt sistemində əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdurlar. X28 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan icazə sənədindən görünür ki, X5, X16 və X6 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, X7, X17 və X19 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, X18 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işləmələri üçün icazəni Ay Ramazan almışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Ay Ramazan ilə X11 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1 ay müddətinə, X12 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 1 ay müddətinə, X2 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 ay müddətinə, X13 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 ay müddətinə, X3 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024 tarixdən xx.xx.2024-cü il tarixədək 1 ay müddətinə, X4 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 ay müddətinə və X14 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 ay müddətinə bağlanmışdır. Göründüyü kimi Ay Ramazan ilə X11, X12, X2, X13, X3, X4 və X14 arasında müəyyən müddətlərə əmək müqaviləsi bağlanmış, həmin isçilərə münasibətdə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalından icazə alınsa da, müqavilənin müddəti bitəndən sonra sözügedən portalda icazə hissəsi açıq qalmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ay X1, X12, X2, X13, X3, X4 və X10 Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonunda işləmələri üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən icazə almaq üçün müraciət etmiş və icazələri alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Ay Ramazanın nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ay Ramazanın nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar