Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1864/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə DYP əməkdaşı tərəfindən şəxsi istifadəsində olan 90KY523 dövlət qeydiyyat nişanlı Toyota Land-Cruiser markalı minik avtomobili saxlanılmış və Azərbaycan Respublikasının İXM-in 342.5-ci və 342.2.2-ci maddələri ilə haqqında ******* nömrəli protokol tərtib edilmişdir. 17 iyul 2024-cü il tarixdə “X2”nin qarşısında qoyulmuş suallara verilən Tədqiqat cavabına (rəyinə) əsasən “Tədqiqat hissəsində göstərilən səbəblərə əsasən istehsalçı zavod tərəfindən 2003-cü il buraxılışlı Toyota Land-Cruiser markalı, Universal tipli 90KY523 dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında əlavə avadanlıq kimi bucurqadın quraşdırılması nəzərdə tutulmuşdur. Bucurqad avtomobilin konstruksiyasına əlavə dəyişiklik edilmədən konstruksiyada əzərdə tutulduğu yerdə kip və tərpənməz vəziyyətdə quraşdırılmış və həmin sahədə küstar üsulla konstruksiya dəyişikliyi aparılmamışdır. Bucurqadın avtomobilin konstruksiyasına əlavə dəyişiklik edilmədən istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş yerdə quraşdırılması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunununtələbləri ilə ziddəyət təşkil etməmişdir. Buna görə məhkəmədən, TP-6588087 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3, şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 01 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 01 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Toyota Land-Cruiser minik markalı, 90KY523 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəçisi X3, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə tədbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan X2 tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilən səbəblərə əsasən, istehsalçı zavod tərəfindən 2003-cü il buraxılışlı, “Toyota Land-Cruiser” markalı, “Universal” tipli, **- KY-*** dövləq qeydiyyat nişanlı avtomobilin konstruksiyasında əlavə avadanlıq kimi bucurqadın quraşdırılması nəzərdə tutulmuşdur. Bucurqad avtomobilin konstruksiyasına əlavə dəyişiklik edilmədən konstruksiyada nəzərdə tutulduğu yerdə kip və tərpənməz vəziyyətdə quraşdırılmış və həmin sahədə küstar üsulla konstruksiyada dəyişiklik işləri aparılmamışdır. Bucurqadın avtomobilin konstruksiyasına əlavə dəyişiklik edilmədən istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş yerdə quraşdırılması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 01 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilsin. 01 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1864/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1864/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver