Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1865/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Şəxs MMM-nin nümayəndələri X2 və X4 iştirakı ilə, Şəxs MMM barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsininin 428.5-ci maddəsinə əsasən Şəxs MMM barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan AP № ******* saylı, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Fiat markalı, 77JM781 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə Şəxs MMM tərəfindən məlumat verilməmişdir. Bunun nəticəsində Şəxs MMM tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMM-nin nümayəndələri X2 və X5 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatın verilməsinə dair sorğu onlara göndərilməmişdir. Göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş etirazdan görünür ki, 27 iyul 2024-cü il tarixdə Yasaml RPİ-nin DYPŞ-nin əməkdaşı Əliyev Elmir, döş nişanı 2067, tərəfindən Aqroservis” MMM-yə məxsus Fiat markalı, 77JM781 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanunsuz olaraq cərimə meydançasına aparılmışdır. Beləki İXM-nin 96-cı maddəsində nəzərdə tutulan halların heç biri tərəfimizdən pozulmamışdır.Nəqliyyat vasitəsini cərimə meydançasına aparmaqla DYP əməkdaşı müəssisənin fermer – sifarişçi üarşısında öz öhdəliklərini vaxtında yerinə yetirməsinə mane olmuşdur və beləliklə müəssisəyə əhəmiyyətli dərəcədə maddi ziyan vurmaqla yanaşı, həm də mənəvi ziyan vurmuşdur. DYP əməkdaşı Əliyev Elmir avtomobilin cərimə meydançasına aparılma səbəbi kimi həmin avtomobilin üzərində “icazəsiz” reklam materialının yerləşdirilməsini göstərmişdir. Reklam daşıyıcısı olan həmin avtomobil 2021-ci ildən Aqroservis MMM tərəfindən icarəyə götürülüb və 13 dekabr 2023-cü il tarixdə reklam materialı DYP-nin müvafiq şöbəsinə müraciət edilərək icazə alındıqdan sonra avtomobilin üzərinə yerləşdirilmişdir və 13 dekabr 2024-cü il tarixə qədər həmin icazə qüvvədədir. Həmin avtomobil 29 mart 2024cü il tarixdə Aqroservis MMM-in adına rəsmiləşdirilmişdir. Reklam daşıyıcısı avtomobilin dövlət qeydiyyat nişanı deyil, avtomobilin özüdür və bunu təsdiq edən sənəd dövlət qeydiyyat şəhadətnaməsidir. Dövlət qeydiyyat şədahətnaməsində isə dövlət qediyyat nişanından başqa, avtomobilin ban nömrəsi və mühərrik nömrəsi də göstərilir ki, bu məlumatları DYP əməkdaşı yoxlamaqla reklam daşıyıcısının və reklam sahibinin dəyişmədiyini və reklama görə icazə alındığını müəyyən edə bilərdi. Lakin DYP əməkdaşı X8 MMM-nin aqronom-sürücüsü X3 800 manat qarşılığında protokol yazmayacağını bildirərək onunla rəhbərliklə məsləhətləşib məsələni bu yolla həll etmısini istəmişdir. O, əks təqdirdə protokol tərtib edəcəyini bildirmişdir. Əliyev Emil müəssisənin Baş direktor müavini X1 məsələ barədə məruzə etdikdən sonra o, DYP əməkdaşına telefon vasitəsilə məlumat verərək reklam üçün icazənin mövcud olduğunu bildirmiş və avtomobilin cərimə meydançasına aparılması üçün İXM-də nəzərdə tutulan halların tərəfimizdən pozulmadığını bildirərək avtomobilin hərəkətinə mane olmamasını xahiş etmişdir. Lakin DYP əməkdaşı buna məhəl qoymadan avtomobili cərimə meydançasına aparmışdır. Həmin avtomobil yanvar 2021-ci ildən Aqroservis MMM tərəfindın icarəyə götürülüb və onun üzərində Aqroservis MMM-nin müraciəti əsasında DYP-nin müvafiq qurumundan icazə alınaraq reklam yerləşdirilmişdir. Reklamın müddəti 13 dekabr 2023-cü ildən 13 dekabr 2024-cü ilə qədərdir. Yəni qeyd olunan reklam daşıyıcısı avtomobil üzərində olan reklamın müddəti bitməmişdir və reklama görə müəssisə tərəfindən vəsait ödənilərəl qanuni icazə almışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Fiat markalı, 77JM781 dövlət qeydiyyat nişanlı avtomobil yanvar 2021-ci ildən Aqroservis MMM tərəfindın icarəyə götürülüb və onun üzərində Aqroservis MMM-nin müraciəti əsasında DYP-nin müvafiq qurumundan icazə alınaraq reklam yerləşdirilmişdir. Reklamın müddəti 13 dekabr 2023-cü ildən 13 dekabr 2024-cü ilə kimi müəyyən edilmişdir. Göründüyü kimi reklamın yayımlanması müddəti bitməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1865/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1865/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver