Məhkəmə qərarları › İş №3(009)-1865/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1865/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1865/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR Şərur rayonu Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 16 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 26 mart 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus “Volksvagen Jetta” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik qapağına (kapotuna) daşla zərbə endirərək sonuncuya 500 manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək avtomobilə yalnız yüngül şəkildə toxunduğunu, vurulmuş ziyanın 500 manatdan az olduğunu bildirmişdir. Bundan başqa qonşusu Zərərçəkmiş şəxs ilə hazırda da aralarında mübahisənin davam etdiyini, barışıq olmayacağını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qonşusu Şəxs tərəfindən ona məxsus “Volksvagen Jetta” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik qapağına (kapotuna) qəsdən daşla zərbə endirilərək ona 500 manatdan artıq məbləğində maddi ziyan vurulmuşdur. O, şikayətçidir və dəymiş ziyanı tələb edir. Belə ki, Şəxs onun qonşusudur, onların arasında tez-tez münaqişəli vəziyyət yaranır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də həmin Məcəllənin 38.3-cü maddəsi ilə nəzərdə tutulmuş əsas yarandığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38.3 və 53.1.6-cı maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Timur Kandaurovun icraatında olan müvafiq nömrəli material üzrə icraata Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinin tələbinə əsasən xx.xx.2025-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla xitam verilmişdir. Bundan 03 ay 12 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə icraat materialları xx.xx.2025-ci il tarixdə Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 38 və 53-cü maddələrinin tələbinə əsasən inzibati məsuliyyətdən azad olunması üçün əsaslar yarandığından əlavə olaraq vurulmuş ziyanın dəqiq məbləğinin müəyyən edilməsinə hər hansı lüzum qalmamışdır (bununla əlaqədar zərərçəkmiş şəxsə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ şifahi qaydada izah edilmişdir). Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin sonuncu günü xx.xx.2025-ci il tarix olduğundan, sonuncu barəsində inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən hakim tərəfindən qəbul edilən qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərarıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti ötdüyündən inzibati tənbeh tətbiq edilmədən inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar