Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1866/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçi Qurban 52 ünvanında hərəkətdə olarkən onun idarə etdiyi avtomobili polis əməkdaşı durduraraq yolun hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyi barədə irad tutmuşdur. Patrul motoskileti sözügedən küçənin yuxarı hissəsində döngəli yoxuşda park edildiyindən, pozuntu halı baş verdiyi təqdirdə heç bir halda görə bilməzdi. Çünki iddia olunan hərəkət işarələri paralel deyil daha aşağı səviyyədə yerləşir. İnspektora narazılığını bildirərək pozuntu olmadığını bildirmişdir. İnzibati xəta ilə bağlı inspektorla aralarında mübahisə yarandığından protokol baxılması üçün Bakı şəhər BDYPİ-nə göndərilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərar qəbul etsə də, qərar ona göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə müraciət edərək qərarı əldə etmişdir. İnzibati orqanın hərəkətlərində həm prosessual, həm də maddi hüquq normalarının pozuntusu müşahidə olunur. Polis orqanı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda heç bir araşdırma aparmadan barəsində inzibati tənbehvermə barədə qərar qəbul etmişdir. Bununla yanaşı iddia edilən pozuntunun polis tərəfindən hansı formada aşkarlandığı protokol və qərarda göstərilməmişdir. Qeyd olunanlara əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayəti müdafiə edərək Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.Suallara cavab olaraq bildirmişdir ki, inspektor tərəfindən ona bildirilmişdir ki, məcburi hərəkət nişanlarına riayət etməmişdir. Neftçi Qurban küçəsi ilə hərəkətdə olarkən orada məcburi hərəkət nişanı olmasını xatırlamır. Mübahisə xətanın mahiyyəti ilə bağlı deyil, sübutla bağlıdır. İnspektor onu saxlayarkən xətanın mahiyyətini ona izah etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsasən xəta 2 formada aşkar olunur. Birincisi bilavasitə səlahiyyətli şəxs tərəfindən, ikincisi isə xüsusi texniki vasitənin köməyi ilə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallann səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilir. İXM 81.3 əsasən protokolda xüsusi texniki vasittənin köməyi ilə aşkar edilmiş xüsusi texniki vasitənin xüsusiyyətləri qeyd edilməlidir. Sürücü tərəfindən törədilən xəta məhz bilavasitə səlahiyyətli şəxs tərəfindən aşkar edilmişdir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X2 bildirmişdir ki, Neftçi Qurbanov küçəsi ilə sürücü hərəkətdə olarkən 4.1 və 1.3 nişanın tələblərini pozmuşdur. Belə ki, sürücü sağa məcburi hərəkət nişanın və yerdə bütöv nişanlanma xəttinin tələblərini pozmuşdur. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta vizual müşahidə vasitəsi ilə aşkar edilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qayda pozuntusunu onun dayandığı yerdən müşahidə etmək mümkündür. Qayda pozuntusunun mahiyyətin Məhkəmə tərəflərin, şahidin izahatlarını dinləyib hesab edir, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni hesab edilməlidir. Belə ki, işə əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrində Bakı şəhəri Neftçi Qurban 52 ünvanında "Chevrolet Trax" minik markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş (yol nişanlarının tələblərinə riayət etməməsi, yolların hərəkət hissələrinin işarələrinin tələblərinə riayət etməməsi) və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrində Bakı şəhəri Neftçi Qurban 52 ünvanında "Chevrolet Trax" minik markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan yol nişanlarının tələblərinə riayət etməməsi, yolların hərəkət hissələrinin işarələrinin tələblərinə riayət etməyərək inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrində Bakı şəhəri Neftçi Qurban 52 ünvanında "Chevrolet Trax" minik markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi materiala əlavə edilmiş X5 nömrəli inzibati tənbehvermə haqqında qərarla, izahatlar, inzibati xəta haqqında protokol ilə kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən X3 qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti Qaydalarına, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallann səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. X1 şikayətində, nümayəndəsinin məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi, yolların hərəkət hissələrinin işarələrinin tələblərinə riayət etməməklə inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1866/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1866/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver