Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1867/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin tərtib etdiyi İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin tərtib etdiyi İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin tərtib etdiyi İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş şikayət və ona əlavə edilmiş materiallardan inzibati xəta haqqında qərarın surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, verilmiş şikayət və ona əlavə edilmiş materiallardan inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmadığından və bir neçə qərardan şikayət verildiyindən X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin tərtib etdiyi İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayəti ona geri qaytarılsın. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1867/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1867/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver