Məhkəmə qərarları › İş №3(009)-1868/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1868/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1868/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi polis mayoru X4, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə xx.xx.1991-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsində Ukrayna Respublikası vətəndaşı X8 məxsus içərisində 130 manat pul, mobil telefon, ev açarları və kosmetika olan əl çantasını oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 12:15-də ünvan 2 ünvanında “Room” restoranının qarşısında avtomobilin üzərində qadın çantası olduğunu görmüş və çantanı götürərək oradan uzaqlaşmışdır. Çantanın içərisinə baxan zaman orada bir ədəd İphone telefon olduğunu görmüş və onu Rüfət adlı şəxsə 100 manata satmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Ukrayna Respublikası vətəndaşı X9 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 00:05 radələrində bacısı ilə ünvan 2 ünvanında yerləşən “Room” bara getmiş, bara daxil olaraq özlərinə içki almış, qısa bir müddət rəqs etdikdən sonra dostları ilə küçəyə çıxmış, bu zaman A.Bodyul özünə məxsus əl çantasını həmin barın qarşısında dayanan sarı rəngli avtomobilin üzərinə qoyaraq söhbət etməyə başlamış, saat təxminən 00:30-da onlar artıq küçədə olmuş və təxminən 1 saat sonra mən çantanın avtomobilin üzərində olmadığını aşkar etmiş, saat 01:36-da bacısı Bodyul Vika onun mobil nömrəsinə zəng etmiş, lakin mobil telefonu artıq söndürülmüşdür. X10 özünə məxsus çantanın içərisində 130 manat pul və dəyəri 350 manat təşkil edən “İphone XS” markalı mobil telefonun olduğunu bildirmişdir. Hazırda ona dəyən maddi ziyan ödənilmişdir, Şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ukrayna Respublikası vətəndaşı X7 DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edil edilmiş, Ukrayna Respublikası vətəndaşı X8 məxsus, içərisində 130 manat pul və dəyəri 350 manat təşkil edən “İphone XS” markalı mobil telefon olan əl çantasını gizli yolla talamış naməlum şəxsin müəyyən olunaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş qərar bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmiş, Şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar